Ankara Özəl Güven Xəstəxanası həyat verir, güvən yaşadır...
Hilton-Bakı otelində Ankara Özəl Güven Xəstəxanasının Bakı Əlaqə ofisinin açılışı münasibətilə tədbir keçirildi. İndi Azərbaycandan olan pasientlər Bakı Əlaqə ofisi vasitəsi ilə onları narahat edən məsələlər barədə daha müfəssəl məlumat alacaqlar: ödəniş, səfər, yerləşmə, müayinə və müalicə prosedurlarını ofis daha tez həll edəcək, müalicənin rahatlığı və effektivliyi yüksələcəkdir. Bakı Əlaqə ofisi Güven Xəstəxanasının Beynəlxalq Xəstə Xidmətləri Departamenti ilə intensiv və ahəngdar koordinasiyaya nail olacaq, nəticədə isə xaricdən, o cümlədən Azərbaycandan olan xəstələrə mükəmməl xidmət göstəriləcəkdir, bütün tibbi xidmət proseslərində xəstə ilə təmas təmin olunacaqdır.
Ankara Güven Xəstəxanası 1974-cü ildə Küçükel ailəsi tərəfindən təsis edilən ilk özəl xəstəxanalardan biridir. Xəstəxana Ankaranın mərkəzində - İngiltərə, ABŞ, Fransa və Almaniya səfirliklərinin də yer aldığı səmtdə yerləşir. Güven Xəstəxanasına bir il ərzində qəbul edilən xəstə sayı 260.000 nəfər təşkil edir. Habelə, 30.000 xəstə təcili yardıma qəbul edilir və 200.000 xəstə ayaqüstə müalicə alır. Hər il burada 1500 körpə dünyaya göz açır. Xəstəxana Türkiyədə "ağıllı bina texnologiyası " layihəsi ilə inşa edilmiş ilk özəl xəstəxanadır və 40 ilə yaxındır ki, insanlara nümunəvi xidmət göstərməkdədir.
Bu gün xəstələrin daha komfortlu və effektiv müayinə və müalicəsi çox aktual məsələdir. Fəliyyətini mövcud standartlar səviyyəsində quran Ankara Güvən Xəstəxanası 200 doktor və 350 tibb bacısının daxil olduğu 1200 nəfərlik yüksək peşəkarlığa sahib işçiləriylə fəaliyyət göstərməkdədir. 46.000 kvadratmetrlik sahədə yerləşmiş xəstəxana, "ağıllı bina texnologiyası" ndan istifadə edilərək qabaqcıl infrastrukturla inşa olunmuşdur. Sevindirici haldır ki, Ankara Güven Xəstəxanası səhiyyə müəssisələrində xəstələrin təhlükəsizliyini yüksəltmək və xidmət keyfiyyətini təkmilləşdirmək vəzifəsini qarşısına qoyan JCI (Joint Comission International) tərəfindən ilk dəfə 2008-ci ildə və daha sonra 2011-ci ildə akkreditasiyadan keçmişdir. Akkreditasiya Ankara Güven Xəstəxanası UKAS və TGA-DAR-ın Türkiyədəki bölməsi olan ISO 9001:2008 tərəfindən 2007-ci ildə sertifikatlandırılmışdır, habelə 2010-cu ildə təkrar sertifikatlandırılmışdır.
Ankara Güven Xəstəxanası çeşidli və səmərəli müayinə və müalicəni geniş spektrdə həayata keçirməyi vacib vəzifə olaraq qarşıya qoymuşdur və xidmət göstərdiyi bütün istiqamətlərdə təkmilləşməyi özünün strategiyası olaraq seçmişdir. Bu baxımdan kardiyovaskulyar cərrahıyyə, kardiyologiya, beyin cərrahiyyəsi, orqan transplantasiyası, onkologiya , Plastik və Rekonstruktiv Cərrahiyyə mərkəzləri başda olmaqla, qastroenterologiya, qastroenterologiya cərrahıyyəsi, göz, urologiya, ortopediya və damar cərrahiyyəsi, endokrinologiya, nefrologiya, pediatriya, nevrologiya, pediatrik endokrinologiya, pediatrik kardiologiya, pediatrik allergiya, pediatrik nevrologiya, pediatrik cərrahıyyə, qulaq-burun-boğaz sahələrində səmərəli fəaliyyət göstərən bir tibb mərkəzə çevrilmişdir.
Xəstəxana kardiovaskulyar cərrahiyyə qrupu əsasən xüsusi arterial qraft istifadə etməklə aortaya toxunmadan və beləliklə də cərrahiyyə risklərini minimuma endirərək, 24.000-dən çox xəstə üzərində əməliyyat aparmışdır. Təcrübəli həkimləri ilə Ankara Güven Xəstəxanasının kardiologiya şöbəsi ürək xəstəliyi olan xəstələrin diaqnozu və müalicəsi üçün zəruri olan yüksək müasir texnologiyalı hər cür tibbi diaqnoz alətlərinə malikdir. Ümumi populyasiyada tez-tez təsadüf edilən, hipertoniya və xolestrol nəticəsində yaranan ürək qüsurları və çatışmamazlıqları kimi ürəklə əlaqədar hər problemə xas fərdi müalicə planları və uzunmüddətli nəzarətdə saxlama proqramları həyata keçirilir.
Ankara Güven Xəstəxanasında fəaliyyət göstərən orqan transplantasiya qrupu transplantasiya sahəsində peşəkar həkimlərdən və öz sahələrində lider olan nadir professionallardan ibarət kollektivdir. Bütün transplantasiya xəstələri və donorlar Orqan Transplantasiya Komissiyası tərəfindən yoxlanılır. Plastik Rekonstruktiv və Estetik Cərrahiyyə Şöbəsi plastik və rekonstruktiv cərrahiyyənin bütün sahələrində diaqnozlar qoyur və müalicə ilə məşğul olur. Ankara Güven Xəstəxanası Ortopediya və Travmatologiya Şöbəsində təcrübəli həkim heyəti 24 saat fasiləsiz xidmət göstərməkdədir. Geniş spektrdə ortopedik xəstəliklərin müalicəsi üçün aktual texnika və texnologiyalardan istifadə edilir. Fizioterapiya və reabilitasiya şöbəsinin təcrübəli, yüksək təhsil almış heyəti və qabaqcıl fizioterapiya bölməsi ilə müasir səviyyəli tibbi xidmət göstərməkdədir. Qastroenterologiya şöbəsi pankreas, qaraciyər, öd kisəsi, yemək borusu, mədə, nazik və yoğun bağırsaq xəstəliklərinin qarşısının alınması diaqnozu və müalicəsi üzrə ixtisaslaşmışdır. Neyrocərrahiyyə şöbəsi beyin və onurğa iliyi şişlərinin müalicəsində yüksək səviyyədə ixtisaslaşmışdır. Müalicə özündə cərrahiyyə, kimyəvi terapiya və radiasiya müalicəsini ehtiva edir. Cərrahiyyə əməliyyatı dünyanın ən qabaqcıl texnologiyaları ilə təhciz edilmiş əməliyyat palatasında həyata keçirilir. Reanimasiya bölməsində xüsusi qulluq göstərilir və ağrıların azaldılması zəruri olan hallarda xəstələr ixtisaslaşmış qruplar tərəfindən müalicə edilir.
Öz sahəsində olduqca təcrübəli və bilikli qadın doğum mütəxəssisləri və embrioloqlar müasir IVF laboratoriyamızda sağlam embrionlar hazırlamaq üçün birlikdə işləyirlər. Müalicədən əvvəl təfərrüatlı qiymətləndirmə, xəstələrə görə xüsusi müalicələr klinikada göstərilən xidmətlərdəndir. Vaskulyar Cərrahiyyə şöbəsi diaqnoz və müalicədə bu sahədə istifadə edilən bütün müasir texniki və digər imkanlara sahibdir. Xəstəxanada 1990-cı ildən etibarən vaskulyar cərrahiyyə qrupu tərəfindən uğurla 4.000-dən çox aorta cərrahiyyəsi, 1.000-dən çox karotid endarterektomiya əməliyyatı aparılmışdır. Aorta cərrahiyyə əməliyyatları endovaskulyar üsulla həyata keçirilir.
Təbabət və xəstəliklər gerçəkliyin ayrılmaz bir parçasıdır. Həyat vacib sahə kimi tibb elmini, texnologiyasını, müayinə və müalicə praktikasını insan sağlamlığı ilə bağlı yeni sürprizlərlə üzləşdirir. Odur ki, təkamül və inkişaf burada da dinamik templə müşaiyət olunur. Ankara Güven Xəstəxanası bu intensivliyə harmonik axışla daxil olur. Tanınmış klinika çoxsaylı professional kadr korpusu ilə Bakı Əlaqə ofisinin açılması sayəsində indi Azərbaycandan olan pasientlərə daha yüksək səviyyədə xidmət göstərə biləcəkdir. Ankara Güven Xəstəxanasının Bakı Əlaqə ofisinin fəliyyətə başlaması Azərbaycandan müayinə və müalicə üçün Ankaraya yollanan pasientlərin hər birinin problemlərinin şəxsən dinlənilməsini, ilkin konsultasiyaların aparılması sadələşdirəcək və xəstələrin daha komfortlu xidmət alması üçün əlverişli şəraiti təmin etmiş olacaqdır.
Ankara Güven Xəstəxanası əsas hədəfi - xəstəyə qulluq göstərilməsində qabaqcıl tibbi yenilikləri klinikada tətbiq etməklə xidmət səviyyəsini təkmilləşdirmək və insanları daha yüksək həyat standartına qovuşdurmaqdır.
Ankara Özəl Güven Xəstəxanasının Ankara və Bakı Əlaqə ofisinin unvanları:
Bakı, Kaspian Plaza III, C.Cabbarlı küç., 44, 5-ci mərtəbə / Bakı, Azərbaycan T/F: +99 (412) 492 94 66
Ankara Simsek Sokak No: 29 06540 Kavaklıdere / Ankara - Turkey Call Center:
+90 (312) 457 25 25
Fax: +90 (312) 468 80 30
e-mail: [email protected]
www.guven.com.tr
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.