Təbii fəlakət zonalarında epidemiyanın qarşısının alınması üçün ciddi tədbirlər görülür

Səhiyyə Nazirliyinin epidemiyaya nəzarət şöbəsinin müdiri Viktor Qasımov bildirmişdir ki, Kür çayının daşması nəticəsində Sabirabad rayonunun su basmış kəndlərindən 1935 nəfər Şirvan şəhərində Fövqəladə Hallar Nazirliyi tərəfindən yaradılmış çadır şəhərciyində və iki məktəbdə məskunlaşmışdır. Lakin təhlükənin artması nəticəsində daha 473 nəfər çadır şəhərciyində yerləşdirilmişdir.
Çadır şəhərciyində və iki məktəbdə 3 tibb məntəqəsi və 4 tibb briqadası yaradılmış, dərman preparatları, tibbi ləvazimatlarla təmin olunmuş, təcili yardım briqadalarının və nəqliyyatının daimi növbətçiliyi təşkil edilmişdir.
Mayın 19-da Sabirabad rayonunun Çığırğan kəndində bəndin dağılması nəticəsində Azadkənd, Çığırğan və Xankeçən kəndlərindən 3771 nəfər təxliyə edilmişdir, Poladtuğay kəndindən isə 233 ev köçürülmüşdür.
Amma vəziyyət nisbətən sabitləşdiyindən 450 nəfər Poladtuğay kəndindəki evlərinə qaytarılmışdır. Ümumiyyətlə, Sabirabad rayonunun 21 kəndini su basmışdır. Mayın 20-də Sabirabad rayonundan köçürülmüş 27 493 nəfərdən 14 234 nəfəri evlərinə qaytarılmışdır. Köçürülmüş əhaliyə tibbi yardım göstərmək üçün 6 tibb briqadası yaradılmışdır və hazırda bu tibb briqadaları fəaliyyət göstərir.
Keçən müddət ərzində həm Şirvan, həm də Sabirabad rayonunda yoluxucu xəstəliklər qeydə alınmamışdır. 578 nəfər tibb məntəqələrinə müraciət etmişdir. Sabirabad rayonunun suyu çəkilmiş 2 kəndində 300-dək ev təsərrüfatında dezinfeksiya işləri aparılmışdır. Kütləvi məskunlaşmış əhalinin su təchizatı və qidalanmasının təşkilinə gündəlik həkim nəzarəti təmin olunur. Qida zəhərlənmələri qeydə alınmamışdır.

{nl}

Qəzənfər QASIMOV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında