Naxçivanda onkoloji mərkəz istifadəyə verilmişdir

Naxçıvan, 4 dekabr (AzərTAc). Naxçıvan şəhərində yeni onkoloji mərkəz istifadəyə verilmişdir.

{nl}

Bu münasibətilə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri N.Novruzov səhiyyə sistemində həyata keçirilən quruculuq işlərindən danışmışdır.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov çıxış edərək demişdir ki, bu gün muxtar respublikamızın səhiyyə sistemində əlamətdar hadisə baş verir.
Bu mərkəzin əvvəllər lazımi səviyyədə fəaliyyət göstərməməsi muxtar respublikamızda qeydiyyatda olan 804 xəstəyə müəyyən çətinliklər yaratmışdı. Onlar şüa-terapiya almaq, öz müalicələrini davam etdirmək üçün ya Bakı şəhərinə, ya da qonşu ölkələrə getməli olurdular. Yeni mərkəzin tikilib istifadəyə verilməsi, müasir tibbi avadanlıqla təmin edilməsi artıq bu çətinliyi aradan qaldıracaqdır.

{nl}

Səhiyyə sistemində digər dövlət proqramları ilə yanaşı, onkoloji xəstələr üçün də proqram qəbul edilmişdir. Onkoloji xəstələr bir sıra dərmanlarla pulsuz təchiz olunurlar. Bu sahədə fəaliyyətini davam etdirən Heydər Əliyev Fondu da onkoloji xəstələrin lazımi dərmanlarla təmin olunması üçün daim tədbirlər görür və müasir avadanlıqların alınıb Azərbaycana gətirilməsi işində fəal iştirak edir.

{nl}

Ali Məclisin sədri Vasif Talıbov demişdir: Onkoloji mərkəz bu sahədə olan xəstələrin mütəmadi, davamlı və keyfiyyətli müalicə almaları üçün istifadəyə verilir. 1946-cı ildə Naxçıvan Şəhər Poliklinikasında 20 çarpayılıq onkoloji kabinet kimi fəaliyyətə başlayan, fəaliyyətini 1951-ci ildən dispanser kimi davam etdirən səhiyyə müəssisəsi 2009-cu ildə mərkəzə çevrilmişdir. Yeni mərkəz üçün binanın tikintisi qısa müddətdə başa çatdırılaraq həkimlərimizin istifadəsinə verilir. Onkoloji mərkəzdə çalışan həkimlərimiz unutmamalıdırlar ki, belə xəstələr diqqət tələb edirlər. Onlar müalicəyə cəlb olunmaq, şüa-terapiya almaq üçün vaxtında qeydiyyata götürülməli, dövlət tərəfindən verilən pulsuz dərmanlarla təmin edilməlidirlər.

{nl}

Ali Məclisin sədri kollektivə uğurlar arzulamış və yeni səhiyyə müəssisəsinin istifadəyə verilməsi münasibətilə onları təbrik etmişdir.
Açılışı bildirən lent kəsildikdən sonra onkoloji mərkəzə baxış keçirilmişdir.
Mərkəzdə stasionar şöbə, poliklinika və şüa bölmələri fəaliyyət göstərir.

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında