Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Talassemiya Mərkəzində müalicə olunan uşaqlara baş çəkmişdir

Noyabrın 15-də Heydər Əliyev Fondunun vitse-prezidenti, Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsünün (İDEA) təsisçisi Leyla Əliyeva Bakıdakı Talassemiya Mərkəzi ilə tanış olmuşdur. 
Səhiyyə naziri Oqtay Şirəliyev məlumat vermişdir ki, uşaqların sağlamlığının qorunması fəaliyyətinin prioritet istiqamətlərindən biri olan Heydər Əliyev Fondunun "Talassemiyasız həyat naminə" proqramı çərçivəsində inşa olunmuş bu şəfa ocağı həmin xəstəlikdən əziyyət çəkənlər və onların yaxınları üçün ümid yeridir.
Qeyd edilmişdir ki, mərkəz gün ərzində 30-40 xəstə qəbul edir. Azərbaycanda min nəfərə yaxın talassemiyalı xəstə vardır ki, onların da 60 faizi bu səhiyyə ocağında daimi müalicə olunur. Beynəlxalq standartlara tam cavab verən mərkəzin laboratoriyasında qan qrupunu avtomatik təyin edən müasir aparat və digər zəruri avadanlıq quraşdırılmışdır. Burada donorlardan götürülən qan dərhal müayinə olunur.
Leyla Əliyeva mərkəzin transfuziya zalına, 12 otaqdan ibarət klinikaya, manipulyasiya otaqlarına və laboratoriyaya baxmışdır. Qeyd olunmuşdur ki, transfuziya zalında xəstələrə qanköçürmə əməliyyatı aparılır. Leyla Əliyeva burada müalicə alan uşaqların səhhəti ilə maraqlanmışdır.
Sonra Leyla xanım Əliyeva reanimasiya palatası, molekulyar diaqnostika laboratoriyası, sterilləşdirmə mərkəzi ilə tanış olmuşdur. Bildirilmişdir ki, burada regionda ilk dəfə olaraq sümük iliyinin köçürülməsi üçün əməliyyat otağı yaradılmışdır və bu prosesin tətbiqi istiqamətində geniş iş aparılır. Mərkəzdə xəstələrin müayinəsi üçün xüsusi poliklinika da fəaliyyət göstərir.
Heydər Əliyev Fondunun vitse-prezidenti mərkəzin konfrans zalında respublikada talassemiyadan əziyyət çəkən xəstələrin statistik göstəricilərindən bəhs edən videoçarxa baxmışdır. Səhiyyə naziri məlumat vermişdir ki, ölkədə "Hemofiliya və talassemiya irsi qan xəstəlikləri üzrə Dövlət Proqramı"ndan irəli gələn tədbirlər həyata keçirilir. Bu gün dövlət büdcəsində həmin proqrama ayrılan vəsait 16,3 milyon manat təşkil edir. Nazir qeyd etmişdir ki, bundan əvvəl də bu xəstəliklə bağlı 5 illik proqram icra edilmişdir. Bu Proqramların həyata keçirilməsi ilə talassemiya və hemofiliya kimi bəladan əziyyət çəkən xəstələr arasında ölüm halları demək olar ki, sıfıra enmişdir.
Leyla xanım Əliyeva mərkəzin yeməkxanasına da baş çəkmiş, xəstələrin qida rasionu ilə tanış olmuşdur.
Mərkəzdə müalicə olunan uşaqlara Heydər Əliyev Fondunun hədiyyələri təqdim olunmuşdur.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında