Tibb sahəsində tədris proqramlarinin təkmilləşdirilməsi məsələləri müzakirə olunmuşdur

Bakı, 8 dekabr (AzərTAc). Dekabrın 8-də Azərbaycan Tibb Universitetində (ATU) USAID tərəfindən maliyyələşdirilən Azərbaycan Reproduktiv Sağlamlıq və Ailə Planlaşdırılması Layihəsi, ATU və Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun təşkilatçılığı ilə "Diplomaqədər və diplomdansonrakı təhsildə ailə planlaşdırılmasının tədrisinin gücləndirilməsi" mövzusunda texniki məsləhət müşavirəsi keçirilmişdir.

{nl}

Müşavirədə reproduktiv sağlamlıq və ailə planlaşdırılması üzrə qurumları təmsil edən 60-dan çox nümayəndə iştirak etmişlər. Mütəxəssislər tibb işçilərinin hazırlanması üçün istifadə olunacaq ailə planlaşdırılması üzrə təlim proqramının təkmilləşdirilməsi ilə bağlı gələcək planları müzakirə etmişlər.

{nl}

ATU-nun rektoru Əhliman Əmiraslanov bildirmişdir ki, Azərbaycan hökuməti ölkə vətəndaşlarının keyfiyyətli səhiyyə xidmətləri ilə təmin olunmasını davamlı olaraq diqqət mərkəzində saxlayır. Uşaq və ana ölümünü minimuma endirmək ölkə həkimlərinin qarşısında duran əsas məqsədlərdəndir.

{nl}

Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru Sənan Kərimov bu sahədə vətəndaşların maarifləndirilməsinin vacibliyini vurğulamışdır. Bunun üçün də əvvəlcə həkimlərin bu sahədə biliklərinin artırılması lazımdır. Rektor vurğulamışdır ki, tibb sahəsində tədris proqramlarında müəyyən dəyişikliklər edilməli, həkimlər yeni texnologiyalardan istifadə etməyi bacarmalıdırlar.
Səhiyyə Nazirliyi Tibbi Xidmətin Təşkili şöbəsinin müdir müavini Elmira Əliyeva nazirlik tərəfindən ana və uşaqların sağlamlığının qorunması sahəsində görülən işlərdən danışmışdır.

{nl}

Tədbirdə bildirilmişdir ki, dünyada aparılan tədqiqatlar göstərir ki, tibbi xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması mualicə müəssisələrinə daha çox pasiyent cəlb edir, adambaşına düşən səhiyyə xərclərini azaldır və əhalinin ümumi sağlamlıq vəziyyətinin yaxşılaşmasında əks olunur.

{nl}

Müşavirədə ailə planlaşdırılmasının diplomaqədər tədrisinin icmalı və təkmilləşdirilməsinin əsaslandırılması, bu sahədə görüləcək praktiki addımlar və digər mövzularda məruzələr dinlənmişdir.

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında