Səhiyyə Nazirliyində dövlət müstəqilliyimizin bərpasının 20-ci ildönümü ilə əlaqədar tədbir keçirilmişdir

Oktyabrın 4-də Səhiyyə Nazirliyində Bakıda və regionlarda fəaliyyət göstərən tibb müəssisələri rəhbərlərinin iştirakı ilə Azərbaycan Respublikasının bərpasının 20-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbiri açan səhiyyə naziri, professor Oqtay Şirəliyev müstəqillik illərində Azərbaycan səhiyyəsində uğurla aparılan islahatlar, maddi-texniki bazanın təkmilləşdirilməsi, təchizat və kadr hazırlığı ilə bağlı görülmüş işlər barədə məlumat vermişdir.
Azərbaycan səhiyyəsinin 20 il əvvəlki və indiki vəziyyətini müqayisəli şəkildə təhlil edən nazir O.Şirəliyev bildirmişdir ki, o illərdə müharibə şəraitində yaşayan ölkəmiz iqtisadi çətinliklər içində boğulurdu. Xüsusilə səhiyyədə vəziyyət ürəkaçan deyildi. Lazımi tibbi avadanlıqlar, dərman çatışmırdı. Ümummilli lider Heydər Əliyevin uzaqgörənliyi və nüfuzu sayəsində beynəlxalq qurumlar Azərbaycana kömək etməyə başladılar. Profilaktik tədbirlər sayəsində yoluxucu xəstəliklərin Azərbaycanda yayılmasının qarşısı alındı. Hazırda o dövrlə müqayisədə səhiyyəyə ayrılan büdcə vəsaiti 15 dəfə artırılmışdır. Ulu öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin diqqət və qayğısının nəticəsidir ki, 400-dən artıq yeni tikilmiş və ya əsaslı təmirdən çıxmış tibb müəssisələri müasir avadanlıqlarla təmin olunmuşdur.
Nazir demişdir ki, Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan ayrılmış vəsait hesabına Bakı Şəhər Təcili və Təxirəsalınmaz tibbi yardım xidmətinin avtoparkı ən müasir avtomobillərlə təchiz olunmuşdur. Hazırda bu iş digər şəhər və rayonlarda da davam etdirilir. Bakı şəhərində təcili və təxirəsalınmaz tibbi xidmətin təşkili bir sıra ölkələr tərəfindən yüksək qiymətləndirilərək bu təcrübənin tətbiqinə maraq göstərilmişdir. Aparılan islahatlar nəticəsində respublikanın rayonları üzrə çarpayı fondu orta hesabla 50-55 faiz, stasionarların sayı 50 faizədək azaldılmışdır. Bakı şəhərində fəaliyyət göstərən 17 mərkəzləşdirilmiş qida məntəqəsi xəstəxanaların ərzaq və dərmanlarla təminatını tam ödəyir.
Səhiyyə sahəsində qəbul edilmiş Dövlət Proqramlarının icrasının davam etdirildiyini deyən nazir O.Şirəliyev səhiyyənin prioritet sahələri olan şəkərli diabet, irsi qan xəstəlikləri, xroniki böyrək çatışmazlığı, vərəm, yoluxucu xəstəliklərlə mübarizədə əldə olunmuş nailiyyətlərdən də danışmışdır. Qeyd etmişdir ki, hökumətin dəstəyi ilə həyata keçirilən tədbirlər nəticəsində ana və uşaqlara, onkoloji, endokrinoloji, böyrək çatışmazlığı və s. xəstələrə göstərilən tibbi xidmətin səviyyəsi xeyli yaxşılaşmış, ölüm hallarının sayı azalmışdır.
Tibbi təhsil və kadr hazırlığından, sertifikasiya test imtahanlarının nəticələrindən bəhs edən nazir bildirmişdir ki, bu sahədə son illər ərzində qazanılmış nailiyyətlər Azərbaycan səhiyyəsinin beynəlxalq aləmdə nüfuzunun xeyli artmasına səbəb olmuşdur. Əgər vaxtilə Qlobal Fond ölkəmizə kömək edirdisə, bu gün bu qurum Azərbaycandan yardım istəyir. İndi Azərbaycan Respublikası Dünya Səhiyyə Təşkilatının İcraiyyə Komitəsinin üzvüdür.
Tədbirdə səhiyyə sahəsində bu irəliləyişlərin Prezident İlham Əliyevin diqqət və qayğısı ilə mümkün olduğu bildirilmiş və qazanılan nailiyyətlər müstəqillik dövrünün bəhrəsi kimi qiymətləndirilmişdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında