Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Türkiyə Baş nazirinin xanımı Əminə Ərdoğan Talassemiya Mərkəzində olmuşlar

Mayın 17-də Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva və Türkiyə Baş nazirinin xanımı Əminə Ərdoğan Talassemiya Mərkəzində olmuş, müalicə ocağının fəaliyyəti və xəstələrin vəziyyəti ilə maraqlanmışlar.
Mərkəzin direktoru Azər Kərimov məlumat vermişdir ki, Heydər Əliyev Fondunun "Talassemiyasız həyat naminə" proqramı çərçivəsində inşa olunan bu səhiyyə ocağı gün ərzində 30-40 xəstə qəbul edir. Azərbaycanda min nəfərə yaxın talassemiyalı xəstə vardır ki, onların da 60 faizi mərkəzdə daimi müalicə olunur.
Beynəlxalq standartlara tam cavab verən mərkəzin laboratoriyasında qan qrupunu avtomatik təyin edən aparat və digər lazımi avadanlıq quraşdırılmışdır. Burada donorlardan götürülən qan dərhal müayinə olunur.
Xanım Əminə Ərdoğan mərkəzin ikinci mərtəbəsində yerləşən transfuziya zalına, 12 otaqdan ibarət klinikaya, manipulyasiya otaqlarına və laboratoriyaya baxmışdır. Qeyd olunmuşdur ki, transfuziya zalında xəstələrə qanköçürmə əməliyyatı aparılır. Mehriban Əliyeva və Əminə Ərdoğan burada müalicə alan uşaqların səhhəti ilə maraqlanmış, onların valideynləri ilə söhbət etmişlər.
Bundan əvvəl övladlarını xaricdə çox çətinliklə müalicə etdirmək məcburiyyətində olduqlarını və bu mərkəz fəaliyyətə başladıqdan sonra problemin aradan qaldırıldığını deyən valideynlər göstərilən diqqət və qayğıya, ümumiyyətlə ölkədə səhiyyə sahəsində aparılan çox mühüm islahatlara görə dövlətimizin başçısı İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya təşəkkürlərini bildirmişlər.
Sonra Əminə Ərdoğan mərkəzin üçüncü mərtəbəsində yerləşən reanimasiya palatası, molekulyar diaqnostika laboratoriyası, sterilləşdirmə mərkəzi ilə tanış olmuşdur. Bildirilmişdir ki, burada regionda ilk dəfə olaraq sümük iliyinin köçürülməsi üçün əməliyyat otağı yaradılmışdır və bu prosesin tətbiqi istiqamətində geniş iş aparılır. Mərkəzdə xəstəliyin aşkar edilməsi üçün xüsusi poliklinika da fəaliyyət göstərir. Türkiyə Baş nazirinin xanımı mərkəzin beşinci mərtəbədə yerləşən konfrans zalına və yeməkxanaya da baxmışdır.
Əminə Ərdoğan ölkəmizdə irsi qan xəstəliyinin müalicəsi məqsədi ilə yaradılan Talassemiya Mərkəzinin fəaliyyətindən məmnun qaldığını bildirmişdir.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında