YUNİSEF Azərbaycanda əlilliyin erkən aşkarlanması və digər problemlərin həlli üzrə yardımını təklif edir

YUNİSEF-in Mərkəzi və Şərqi Avropa, MDB ölkələri üzrə direktoru Stiven Allen səhiyyə nazirinin müavini Nigar Əliyeva ilə görüşündə Azərbaycanda əlilliyin erkən aşkarlanması, hamilə qadınlarda dəmir çatışmazlığı kimi problemlərin həllində təmsil etdiyi təşkilatın yardımını təklif etmişdir.
Qonaq 2011-2015-ci illəri əhatə edəcək yeni fəaliyyət proqramının təqdim olunacağını və həmin proqramda Azərbaycana dair bəzi məqamların öz əksini tapacağını da bildirmişdir.
Görüşdə S.Allenə Azərbaycanda ölkə başçısının diqqət və qayğısı nəticəsində səhiyyə sahəsində əldə olunan nailiyyətlər haqqında məlumat verilmişdir.
N.Əliyeva görülən işlərdə bir çox nüfuzlu xarici təşkilatların, o cümlədən də YUNİSEF-in yardım və dəstəyini xüsusi vurğulamışdır. Bu dəstəyin "Uşaq ili" çərçivəsində daha da qabarıq şəkildə özünü göstərdiyini bildirmişdir.
Səmimi qarşılanmaya görə minnətdarlıq edən Stiven Allen son illər Azərbaycanda uşaq ölümü göstəricisinin aşağı düşməsini səhiyyə sahəsində görülən işlərin ən böyük nəticəsi kimi qiymətləndirmişdir.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında