Mədəniyyətin inkişafına qayğı Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın daim diqqət mərkəzindədir

Heydər Əliyev Fondunun dəstəyi və təşkilatçılığı ilə Fransanın San-Trope şəhərində II Ramatuel klassik musiqi festivalı çərçivəsində keçirilən "Azərbaycanın mədəni zənginlikləri" sərgisinin açılış mərasimində iştirak edən San-Trope şəhərinin meri Jan Pyer Tribu dünyada Azərbaycan mədəniyyətinin tanınmasının əhəmiyyətini vurğulamışdır.
Mer müsahibəsində bildirmişdir ki, bu gün Azərbaycanın iqtisadi inkişafı ilə yanaşı, ölkədə mədəniyyətə göstərilən qayğı da mühüm əhəmiyyət kəsb edir. Məhz bu qayğı Heydər Əliyev Fondu və onun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın daim diqqət mərkəzindədir.
J.Tribu qeyd etmişdir ki, Fransada Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti barədə çox maraqlı məlumatlar vardır. Bu cür sərgilər fransızları Azərbaycan haqqında daha çox məlumatlandırır. Mer demişdir ki, sizin mədəniyyətinizlə bağlı Parisdə tez-tez tədbirlər keçirilir. Lakin şadıq ki, budəfəki tədbir məhz bizim şəhərdə keçirilir. Fransızlar Azərbaycanı daha yaxından tanımalıdırlar. Mədəniyyət əlaqələrin inkişafına təkan verir.
"Azərbaycan haqqında daha hansı məlumatlara maliksiniz" sualına cavabında isə şəhərin meri ölkəmizin iqtisadi gücünə yaxşı bələd olduğunu vurğulamışdır. O demişdir ki, Azərbaycan regionda lider dövlətdir və bu uğur aparılan düzgün siyasətin nəticəsidir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında