Naxçıvan Muxtar Respublikası psixi xəstəliklər dispanserinin 85 çarpayılıq yeni korpusu istifadəyə verilmişdir

Naxçıvan Muxtar Respublikası psixi xəstəliklər dispanserinin 85 çarpayılıq yeni korpusu istifadəyə verilmişdir.
Açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzov ilkin səhiyyə xidməti, səhiyyə maarifi, əhalinin aztəminatlı təbəqəsinin yüksək ixtisaslı tibbi xidmət alması üçün görülən tədbirlər, vətəndaşlara keyfiyyətli tibb xidməti barədə danışmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov dispanserin yeni korpusunun açılışı münasibətilə kollektivi təbrik edərək demişdir: Ölkəmizdə insan amilinə yüksək qiymət verilir. Bunu ulu öndərimiz bizə öyrədibdir. Ulu öndərimizin başladığı işlərin, yəni siyasi sabitlik, iqtisadi inkişaf, mədəni quruculuğun Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, ölkəmizdə və onun tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında bu işlər həyata keçirilə bilibdir. Belə tədbirlər ona görə həyata keçirilir ki, cəmiyyətimizin heç bir üzvü dövlət qayğısından kənarda qalmasın. Hər bir xəstəyə qayğı göstərmək dövlətin və cəmiyyətin üzərinə düşən vəzifələrdən biridir. Səhiyyə sistemində çalışan həkimlər isə xəstələrə daha diqqətlə yanaşmalı, onların müalicə almaları üçün yaradılmış şəraitdən düzgün istifadə edərək sağalmalarına kömək etməlidirlər.
Səhiyyə sistemində həkimlər, xəstələr üçün hər bir şəraitin yaradılması, tibbi avadanlığın, ərzaq və dərman təminatının yaxşılaşdırılması nəticəsində ciddi bir problem yoxdur. Belə bir şəraitdə həkimlərimiz xəstələrin müalicəsi işinə xüsusi diqqət, qayğı ilə yanaşmalıdırlar.
Ali Məclisin sədri kollektivə bu işdə uğurlar arzulamışdır.
Açılışı bildirən lent kəsildikdən sonra dispanserin yeni korpusuna baxış keçirilmişdir.
Yeni korpus zirzəmi ilə birlikdə üç mərtəbədən ibarətdir. Stasionar müalicə məqsədi ilə palataların sayı artırılmışdır. Burada həm narkoloji, həm ruhi, həm də yüngül nevroloji xəstələrin müalicəsi üçün şöbələr fəaliyyət göstərir. Ruhi xəstələrin sosial terapiyası məqsədi ilə 2 qadın və kişi əl işləri emalatxanası, kitabxana, stolüstü oyun və istirahət otaqları, həyətdə geniş gəzinti meydançası yaradılmışdır.
Yeni korpusda geniş, müasir avadanlıqla təchiz edilmiş camaşırxana, istilik sistemi, havalandırma qurğuları quraşdırılmış, yeməkxana xeyli genişləndirilmişdir.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında