Qanvermə aksiyası keçirilmişdir

Hər il olduğu kimi, bu il də "Azərsun Holdinq" şirkəti talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlara yardım məqsədilə qanvermə aksiyası keçirib. 
Şirkətin mətbuat xidmətindən verilən məlumata görə, aksiyaya "Azərsun Holdinq"in tərkibində fəaliyyət göstərən müəssisələrin əməkdaşları qatılıb. Qanvermə kampaniyasında iştirak edən və ilk qan verən "Azərsun Holdinq"in idarə heyətinin sədri Abdolbari Goozal aksiyanın əhəmiyyətindən danışaraq, bu tədbirin artıq ənənəyə çevrildiyini bildirib.
Bu nəcib kampaniya zamanı qanverən şəxslərə tibbi xidmət göstərilib və donor qanları Səhiyyə Nazirliyinin Mərkəzi Qan Bankına təhvil verilib. Qeyd edək ki, qanvermə aksiyası holdinqin regionlarda fəaliyyət göstərən müəssisələrində də təşkil olunacaq.
Artıq 5 ildir ki,"Azərsun Holdinq" belə bir aksiya keçirir. Bu günə qədər holdinq əməkdaşları tərəfindən 1000 litrdən artıq qan Mərkəzi Qan Bankına təhvil verilib.

{nl}

Əliqismət BƏDƏLOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında