Səhiyyə Nazirliyində rezidentura təhsilinin təşkili ilə bağlı görülmüş işlərə dair kollegiya iclası

Səhiyyə Nazirliyində əhalinin keyfiyyətli tibbi xidmətlə təminatı və kadr potensialının formalaşdırılması istiqamətində səhiyyə sistemində rezidenturaya qəbul məsələlərinə dair geniş kollegiya iclası keçirilmişdir.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, iclası giriş sözü ilə açan nazir Oqtay Şirəliyev tibb təhsilindəki yeniliklər, o cümlədən rezidenturaya keçid mərhələsi barədə məlumat vermişdir.
Nazirlik Aparatının rəhbəri Zəkiyyə Mustafayeva rezidentura təhsilinin təşkili və bu sahədə görülmüş nəzəri işlər barədə danışmışdır.
Azərbaycan Tibb Universitetinin rektoru, akademik Əhliman Əmiraslanov rezidenturaya keçid mərhələsinin getdikcə daha da təkmilləşəcəyini demiş və yeni işıq üzü görən elmi nəşrlərdən bəhs etmişdir.
Kollegiya iclası iştirakçılarının sualları cavablandırılmış və müzakirələr aparılmışdır.
Sonda nazir Oqtay Şirəliyev rezidentura mərhələsinə keçid istiqamətində görülmüş işləri məqbul hesab etmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında