Şəkidə talassemiyalı xəstə uşaqlar üçün humanitar aksiya keçirilmişdir

Milli Məclisin üzvü, iş adamı Cavanşir Feyziyevin təşəbbüsü ilə mayın 20-də Şəki şəhərində talassemiyadan əziyyət çəkən uşaqlar üçün humanitar aksiya həyata keçirilmişdir.
Aksiyada həkim-mütəxəssislər, talassemiyalı uşaqlar və onların valideynləri, habelə ictimaiyyətin nümayəndələri və yerli iş adamları iştirak etmişlər.
B.Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutu Mərkəzi Qan Bankının Şəki bölməsində keçirilən tədbirdə rayonda fəaliyyət göstərən talassemiyalı xəstələrin "Şəfa" müəssisəsinin direktoru Asim Abdullayev talassemiyadan əziyyət çəkən uşaqlara yardım məqsədi ilə həyata keçirilən bu xeyirxah aksiyaya qoşulanlara, yerli iş adamlarına minnətdarlığını bildirmişdir. Diqqətə çatdırmışdır ki, hazırda Şəki-Zaqatala bölgəsi rayonlarında 200-ə yaxın, o cümlədən Şəkidə 58 talassemiyalı xəstə vardır. Onların müalicəsinə kömək məqsədi ilə əlaqədar dövlət qurumları tərəfindən müvafiq tədbirlər həyata keçirilir.
Cavanşir Feyziyev cəmiyyətin diqqətini bu problemin həllinə yönəltməyin vacibliyini xüsusi vurğulamışdır. Bildirmişdir ki, talassemiyadan əziyyət çəkən uşaqların müalicəsi bir çox ailələr üçün müəyyən maddi çətinliklər yaradır. Odur ki, xeyirxah insanlar bu işə yardım göstərməli, mərhəmətli olmalıdırlar. İş adamı məlumat vermişdir ki, qan xəstəliklərdən əziyyət çəkən uşaqların müayinə və müalicəsinə yardım göstərmək məqsədi ilə gələcəkdə 7 bölgədə talassemiya mərkəzləri yaradılacaq, belə mərkəzlərdən biri də Şəkidə açılacaqdır.
Tədbirdə çıxış edən həkimlər, valideynlər humanitar aksiyanın keçirilməsinə göstərdiyi köməyə görə C.Feyziyevə minnətdarlıqlarını bildirmişlər.
Sonra uşaqlar foyedə təşkil olunmuş çay süfrəsinə dəvət olunmuş, onların ailələrinə maddi yardım göstərilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında