Ağciyər xəstəliklərinə həsr olunmuş konfransda xarici alimlər iştirak edəcəklər

Azərbaycan Respirator Cəmiyyəti (ARC), Ftiziatrlar və İlmonoqlar İctimai Birliyinin təşkilatçılığı ilə Xəzər Universitetində aprelin 29-30-da ağciyər xəstəlikləri və vərəm üzrə IV Respublika elmi-praktiki konfrans keçiriləcəkdir.
ARC-dən bildirmişlər ki, konfransda ağciyərin xroniki obstruktiv xəstəliyi, bronxial astma, allergik rinitlər, vərəm və respirator təbabətinin digər aktual məsələləri müzakirə olunacaqdır.
Azərbaycan Tibb Universiteti alimlərinin, Mərkəzi Neftçilər Xəstəxanasının həkimləri ilə yanaşı, Rusiyadan, Gürcüstandan və Qırğızıstandan gələn tanınmış mütəxəssislər də ağciyər xəstəlikləri üzrə müasir diaqnostika və müalicə texnologiyaları barədə məruzə edəcəklər.
Konfrans iştirakçılarına sertifikat veriləcəkdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında