Yeni üsul görmə qabiliyyətinin itirilməsinin qarşısını alacaq

RİA “Novosti” agentliyinin məlumatına görə, Londonun İmperiya və Universitet kolleclərinin tədqiqatçıları görmə qabiliyyətinin itirilməsinin qarşısını almağa kömək edəcək yeni üsul hazırlayıblar.

Alimlərin fikrincə, bu üsul qlaukomanın erkən mərhələdə effektiv diaqnozlaşdırılmasına və müalicəsinə kömək edəcək.
 
Mənbə qeyd edir ki, kurkumun tərkibindəki bu piqment gözün tor qişasının sinir hüceyrələrini zədələnmədən qoruyur. Əvvəllər tədqiqatçılar güman edirdilər ki, kurkumini yalnız həb şəklində qəbul etmək olar. Lakin bu üsul kurkuminin qanda yaxşı həll olunmaması səbəbindən effektiv olmayıb. Maddənin lazımi qədər dozasını əldə etmək üçün insan gündə 24 həb qəbul etməlidir ki, bu da həzm prosesində problemlər yaradır.  
 
Alimlər bu problemi “nanodaşıyıcı” hazırlamaqla yoluna qoyublar. Nanodaşıyıcının tərkibindəki kurkumin sağlamlıq üçün zərərsiz və göz damcılarında istifadə edilən səthi-aktiv maddənin daxilində yerləşir.  
 
Mütəxəssislərin sözlərinə görə, yeni metod kurkuminin keçiricilik qabiliyyətini 400 min dəfə artırır və maddəni göz hüceyrələrində effektiv şəkildə lokallaşdırmağa imkan verir.
 
Qlaukomadan əziyyət çəkən siçovullar üzərində aparılan təcrübələrdən məlum olub ki, damcı dərmanından istifadə tor qişasının deqradasiya sürətini azaldır.
 
Qeyd edək ki, qlaukoma göz daxilində yüksək təzyiqə görə görmə qabiliyyətinin tədricən itirilməsinə gətirib çıxaran xəstəlikdir. Qlaukoma korluğun yayılmasına görə kataraktdan sonra ikinci səbəb hesab edilir. 

Elçin ABBASOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında