Azərbaycanda yeni əməliyyat üsulu icra olunacaq

    Düz bağırsaq xərçənginin müalicəsində cərrahi əməliyyat ən önəmli mərhələlərdəndir və onun düzgün tətbiqi xəstənin gələcək həyatının təminatıdır. Son illərdə dünyada bu sahədə əldə olunan nailiyyətlər düz bağırsaq xərçənginin sağalma şansını dəfələrlə artırıb.

    Rektum (düz bağırsaq) cərrahiyyəsinin ən müasir və inqilabi üsullarından hesab edilən TaTME əməliyyatı Antonio Lacy (İspaniya, Barselona, Hospital Clinic) tərəfindən irəli sürülüb və qısa bir zamanda effektivliyi və mükəmməlliyi ilə kolorektal cərrahlar arasında rəğbət qazanıb. Bu üsulun özəlliyi – xüsusi cihazlar vasitəsi ilə mürəkkəb rektum əməliyyatının transanal yolla icra edilməsi, əməliyyatın daha etibarlı olması və kolostomaya ehtiyacın aradan qalxmasıdır.

     Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) uzman-cərrahı İlqar İsmailov uzun illərdir ki, ölkəmizdə bu sahədə bir çox uğura imza atıb. Respublikamızda TaTME üsulunun icrasına başlamaq hədəfi ilə İlqar İsmayılov İspaniyanın Barselona şəhərində dünyaca məhşur Antonio Lacy Mərkəzində kursda iştirak edib və birbaşa əməliyyatın müəllifindən dərs alıb.

    Səhiyyə Nazirliyi mətbuat xidmətindən bildiriblər ki, texniki təchizatla bağlı qısa hazırlıq zamanından sonra bu əməliyyatların ölkəmizdə-- Respublika Müalicəvi Diaqnostika Mərkəzində icra olunması nəzərdə tutulub.

 

Z. BƏŞİRQIZI,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında