Qarpız böyrəkləri qoruyur

Yay fəslinin ən sevimli qida məhsullarından biri qarpızdır. Orqanizm üçün bir sıra müsbət və qoruyucu təsirləri olan qarpız susuzluğu aradan qaldırır, bədəni sərinlədir. Qarpız, eyni zamanda, həzmə kömək etməklə yanaşı, qanı durulaşdırır.

Mütəxəxssislərin apardığı araşdırmalar qarpızın mövsüm üçün ən yaxşı qida olduğunu müəyyən edib.

Qarpızın tərkibində olan bir sıra maddələr insan orqanizminin temperaturunu aşağı salır, təzyiqi tənzimləyir. Ona görə də qarpız yeyilməsi günvurma ilə üzləşmək təhlükəsini azaldır. Tərləməni tezləşdirən qarpız eyni zamanda istiyə, eləcə də günvurmaya davamlılığı da artırır.

Yaraların tez sağalmasında da qarpızın müsbət rolu var. Bostan bitkisi A vitamini deposu olmaqla dəri, diş və sümüklərin sağlam və cavan qalmasına kömək edir. Onun tərkibindəki amin turşusu böyrəklər üçün çox faydalıdır.

Elçin ABBASOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında