İribuynuzlu heyvanlarda vərəm xəstəliyinə görə müayinə aparılıb

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq olunmuş epizootik tədbirlər planına uyğun olaraq ilin əvvəllərindən ölkə ərazisində iribuynuzlu heyvanlar vərəm xəstəliyinə görə diaqnostik müayinəyə cəlb olunub. Bu ilin 6 ayı ərzində 185007 baş iribuynuzlu heyvanda vərəm xəstəliyinə görə tuperkulinizasiya müayinəsi aparılıb. Aparılan müayinələrin nəticəsinə əsasən heyvanlar arasında vərəm xəstəliyinə görə yoluxma aşkar edilməyib.

İribuynuzlu heyvanlarda əksər hallarda vərəmin ağciyər forması baş verir və xroniki formada davam edir, cavan heyvanlarda xəstəlik iti və yarımiti gedişli olur. Bu halda heyvanda quru öskürək xarakterik olur. Hərarət 39,5-40oC-yə qədər yüksələ bilər. Xəstəliyin ilkin etaplarında iştaha və məhsuldarlıq azalmır, xəstəlik şiddətlənən zaman ağciyərlərin və plevranın iltihablaşması nişanələri büruzə verir. Döş qəfəsində xırıltılar eşidilir, tənəffüs çətinləşir və ağrılı öskürəklə davam edir. Süd vəzilərinin patoloji prosesə tutulması yelinüstü limfa vəzilərin böyüməsi və bərkiməsi ilə səciyyələnir.

Qoyunlarda keçilərə nisbətən vərəmə az təsadüf edilir. Hər iki növ heyvanda xəstəlik asimptomatik keçir, xəstəlik ağırlaşan zaman keçilərdə kliniki nişanələr qaramalın əlamətlərinə bənzəyir.

Tuberkulin sınağı ilə bütün yoluxmuş heyvanları müəyyən etmək olmaz (hətta, dərisi və göziçi üsullarının hər ikisindən istifadə edilsə də).

Vərəm təyin edildikdə fermaya karantin tətbiq edilir. Qeyri-sağlam naxırın hamısı ləğv edilir. Yekun dezinfeksiyadan sonra karantin götürülür və yeni heyvanların gətirilməsinə icazə verilir.

Vərəm xəstəliyi insanlar üçün də təhlükəlidir. İnsanlar xəstə vərəmə yoluxmuş heyvanlarla təmasdan, xəstə heyvanlardan alınmış məhsulların istifadəsindən yoluxa bilərlər. Hazırda respublikada heyvanlar arasında vərəm xəstəliyinə görə epizootik durum sabitdir.

Z. BƏŞİRQIZI,
“Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında