Milli Oftalmologiya Mərkəzinin səyyar klinikası Gədəbəydə humanitar tibbi aksiya keçirib

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin (MOM) Səyyar Klinikası Gədəbəydə şəhid ailələri də daxil olmaqla rayon əhalisinə tibbi xidmət göstərir. Tibbi xidmətin aksiya yolu ilə, səyyar klinikada həyata keçirilməsində əsas məqsəd sakinlərin vaxt itirmədən, elə yaşadıqları yerdə müayinə, müalicə və əməliyyat olunmasıdır.

Qeyd edək ki, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin mürtəxəssiləri apardıqları araşdırmalara əsasən Gədəbəy sakinlərinin günəş şüaları altında çox vaxt keçirdiklərini əsas gətirərək, rayonda quru göz sindromu probleminin çoxluq təşkil etdiyini deyirlər. Eləcə də pasientlər arasında refraksiya anomaliyaları və göz travmaları ilə müraciət edənlər də var.

Dünən mərkəzin 15 nəfərlik peşəkar heyəti Gədəbəy sakinlərinə tibbi xidmət göstərib. Gədəbəy rayonu və eləcə də kəndlərdən gələn 400-ə qədər yerli sakin müayinə olunub, 10-nəfərin gözündə isə cərrahiyə əməliyyatı edilib.
Xatırladaq ki, 2005-ci ildən bu günə kimi səyyar klinika respublikanın rayon və şəhərlərində 160- a qədər tibbi aksiya keçirib.

 

Z. BƏŞİRQIZI,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında