Bakıda onkologiya problemlərinə həsr olunmuş Azərbaycan-İtaliya elmi forumu keçirilmişdir

Azərbaycan Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzində onkologiya xidmətinin təşkili, bədxassəli şişlərin profilaktikası, diaqnostikası və müalicəsi məsələlərinə həsr olunmuş Azərbaycan-İtaliya elmi forumu keçirilmişdir. 
Forumun işində Azərbaycan mütəxəssisləri ilə yanaşı, İtaliya Səhiyyə Nazirliyinin məsul əməkdaşlarından və bu ölkənin aparıcı onkologiya mərkəzlərinin baş direktorlarından ibarət nümayəndə heyəti iştirak etmişdir.
Milli Onkologiya Mərkəzinin baş direktoru, akademik Cəmil Əliyev təbrik nitqi ilə çıxış edərək bildirmişdir ki, forum 2010-cu ilin oktyabrında Azərbaycan və İtaliya səhiyyə nazirlikləri arasında imzalanmış əməkdaşlıq haqqında Memorandum çərçivəsində keçirilir.
Ölkəmizdə onkologiya xidmətinin strukturu və işinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər barədə ətraflı məlumat verən mərkəzin direktoru qeyd etmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyev 2004-cü ildə "Onkoloji yardım haqqında" Qanun imzalamışdır. Bu Qanun bədxassəli şişlərdən əziyyət çəkən Azərbaycan vətəndaşlarının pulsuz olaraq ixtisaslaşdırılmış tibbi və sosial yardım almaları üçün hüquqi zəmin yaratmışdır. Bundan əlavə, dövlət onkoloji xidmətin fəaliyyətinin maliyyələşməsini respublika və yerli büdcələrin vəsaiti hesabına təmin edir.
Sonra akademik Cəmil Əliyev Azərbaycanda bədxassəli şiş xəstəliklərinin xüsusiyyətlərindən və Milli Onkologiya Mərkəzində onkoloji xəstələrin cərrahi, şüa və dərman preparatları ilə müalicəsi sahəsində istifadə olunan ən müasir tibbi texnologiyalardan bəhs etmişdir.
İtaliya nümayəndə heyətinin rəhbəri, bu ölkənin Səhiyyə Nazirliyinin Beynəlxalq əlaqələr departamentinin baş direktoru Cüzeppe Rokko mehribanlıqla qarşılandıqlarına görə nümayəndə heyəti adından dərin minnətdarlığını bildirmişdir. İtaliyada təbabətin imkanlarından söz açan C.Rokko Azərbaycanda diaqnostika standartlarının və onkoloji xəstələrin müalicəsinin yüksək səviyyədə olduğunu qeyd edərək vurğulamışdır ki, 2010-cu ilin oktyabrında imzalanmış Memorandum münasibətlərimizin inkişafında yeni mərhələdir, indiki elmi forum isə onların inkişafına təkan verəcəkdir.
Sonda akademik Cəmil Əliyev və professor Cüzeppe Rokko əmin olduqlarını bildirmişlər ki, iki ölkə arasında onkologiya sahəsində elmi-praktiki əməkdaşlıq bundan sonra da uğurla inkişaf edəcəkdir.
Forumun sonunda Milli Onkologiya Mərkəzi və İtaliyanın bir sıra aparıcı onkologiya mərkəzləri arasında bədxassəli şişlərin profilaktikası, diaqnostikası, müalicəsi sahəsində elmi-praktiki əməkdaşlıq barədə müqavilələr imzalanmışdır.
Müqavilələr imzalandıqdan sonra İtaliya nümayəndə heyəti Milli Onkologiya Mərkəzinin elmi-klinik bölmələri ilə tanış olmuşdur.
İtaliya nümayəndə heyəti Azərbaycan Tibb Universitetinə gedərək ölkəmizin tibbi təhsil sistemi ilə tanış olmuşdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında