“Diaqnoz, qiymətləndirmə və müalicə” mövzusunda seminar keçirilib

   İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) “Autizm spektrum pozuntusu: Diaqnoz, qiymətləndirmə və müalicə” mövzusunda seminar keçirilib.

   Seminarda mərkəzin və Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun əməkdaşları, tanınmış pediatrlar, psixo-nevroloqlar və psixoloqlar iştirak ediblər.

     Tədbirdə çıxış edən İSİM mütəxəssisi Səbinə Babazadə ölkəmizdə autizmlə əlaqədar vəziyyət barədə məlumat verib, dövlət və qeyri-dövlət qurumlarının bu sahədə həyata keçirdiyi tədbirlərdən danışıb.

    Seminarda ABŞ-dan dəvət olunmuş mütəxəssislər Marina Əzimova və Endi Sih autizm pozuntusu olan uşaq və yeniyetmələrin reabilitasiyasında yaşanan çətinliklər, onun aradan qaldırılması yolları, türkiyəli mütəxəssis Canan Tanidir autizmli uşaqların valideynlərinin, yaxınlarının onlarla rəftarlarının reabilitasiya üçün mühüm əhəmiyyət daşımasından bəhs ediblər.

     Seminardan sonra “Autizm spektrum pozuntusu” mövzusunda, Milli Məclisin deputatları, Tibb Universiteti, digər dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə keçirilən dəyirmi masada çıxış edən mütəxəssislər autizmin reabilitasiyası sahəsində ölkəmizdə aparılan işlər, həyata keçirilən tədbirlər, autizmli uşaqların cəmiyyətə inteqrasiyası sahəsində həkim, tibb işçilərinin və valideynlərin rolundan danışıblar.

 

Z. BƏŞİRQIZI, “Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında