Düyü pəhrizi orqanizm üçün faydalıdır

Orqanizmi təmizləməyin, artıq çəkidən xilas olmağın bir sıra yolları var və onlardan biri də düyü pəhrizidir.

Bu pəhrizin üstün cəhəti ondan ibarətdir ki, hər kəs özünə uyğun forma seçə bilər. Düyü çox faydalı bitki və yarma hesab olunur və mütəmadi və qaydasında arıqlamaq istəyənlər üçün faydalı üsuldur. Onun orqanizmə göstərdiyi təmizləyici təsir nəticəsində duzlar, şlaklar və digər zərərli maddələr bədəndən xaric edilir. Bu səbəbdən də Asiya xalqları arasında Çin, Hindistan və Yaponiyada düyüdən daha çox istifadə olunur.

Diyetoloqlar bildirirlər ki, düyü pəhrizi zamanı orta ölçülü 5 bankanın hər birinə 2 xörək qaşığı düyü əlavə edib üzərinə 1 stəkan təmiz su tökülür, 4 gün müddətində bankalardakı düyülərin suyu dəyişdirilir, beşinci gün artıq birinci bankada olan su süzülür, düyüsü isə bişirilmədən yeyilir. Boşalmış bankaya isə yenidən düyü və təmiz su tökülür. Növbəti gün ikinci bankadakı düyülərin suyu süzülüb yeyilir, əvəzinə həmin bankaya su və 2 xörək qaşığı düyü tökülür. Bu qayda ilə prosedur iki həftə davam etdirilir və həmin pəhriz zamanı duz tamamilə rasiondan çıxarılır.

Elçin ABBASOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında