Xərçəngdən qorunmaq üçün ən yaxşı məhsul

Kolorektal xərçəngi (yoğun bağırsaq xərçəngi) ən çox yayılmış xərçəng növlərindən biridir. Polşa alimləri aşkar ediblər ki, bu xərçəngdən  qorunmaq üçün ən yaxşı məhsul almadır.

Belə ki, alma flavonoidlərlə zəngindir. Flavonoidlər güclü antioksidantlardır. Onlar hüceyrələri təsirdən qoruyur və  sağlam hüceyrələrin xərçəng hüceyrələrinə çevrilməsinin qarşısını alır. Həmçinin, alma pektinlər və qidalı liflərlə də zəngindir ki, bu maddələr bağırsaqları yaxşı təmizləyir, qəbizliyin qarşısını alır.

Mütəxəssislərin fikrinə görə, gündə 2 və daha çox alma yemək kolorektal xərçəngin riskini 50% azaldır. Almanın qabığında flavonoidlər daha çoxdur və bu səbəbdən alimlər almanı qabıqlı şəkildə yeməyi tövsiyə edirlər. Həmçinin mütəxəssislər hər gün 1 almanın çəyirdəklərini də yeməyi tövsiyə edirlər ki, onların tərkibindəki maddələr qalxanavari vəz üçün faydalıdır və orqanizmə xərçəng əleyhinə təsir edir.  

 

Elçin ABBASOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında