Dövlət Baytarlıq Xidməti havaların isti keçməsi ilə əlaqədar xəbərdarlıq edir

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) havaların isti keçməsi ilə əlaqədar heyvandarlıq təsərrüfatlarında görülməsi vacib olan tədbirlərlə bağlı xəbərdarlıq edir.

Dövlət Baytarlıq Xidməti bildirir ki, anomal isti hava şəraiti dövründə kənd təsərrüfatı heyvanları və ev quşları arasında qabaqlayıcı tədbirlərin yerinə yetirilməsi zəruridir.

DBX, həmçinin fermerlərə tövsiyə edir ki, heyvanları günün isti vaxtlarında (saat 11:00-dan 17:00-dək) günvurmadan qorumaq üçün baytarlıq-sanitariya qaydalarına uyğun saxlamaq, iri və xırdabuynuzlu heyvanları qan-parazitar xəstəliklərdən qorumaq məqsədilə baytar həkiminin nəzarəti altında vaxtlı-vaxtında yuyundurmaq, iribuynuzlu damazlıq heyvanları sərinləşdirici vasitələrdən istifadə edərək temperatur rejimini tənzimləməklə, yaşıl yem kütləsi və təmiz içməli su ilə təmin etmək lazımdır.

Xidmət həmçinin rayon(şəhər) baytarlıq idarələrinə əhaliyə məxsus heyvanlar və quşlar arasında profilaktik peyvəndləmələrin, baytarlıq tədbirlərinin epizootik plana müvafiq vaxtlı-vaxtında, təlimata uyğun yerinə yetirilməsini tapşırır.

 

Z. BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında