Sağlamlıq imkanları məhdud uşaqlar üçün yay düşərgəsi təşkil olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fondunun 1 sayli Sağlamlıq İmkanları Məhdud Uşaqlar Üçün Sosial Xidmət Müəssisəsində dövlət himayəsində yaşayan uşaqlar üçün JOY Norvec təşkilatı və UAFA Xeyriyyə Cəmiyyətinin dəstəyi ilə yay düşərgəsi təşkil olunub.

ƏƏSMN-nin ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, uşaqlar xarici və yerli könüllülərin köməyi ilə çimərlikdə dincəlib, istirahət ediblər. Günün ikinci yarısı isə onların müxtəlif parklara, paytaxtın görməli yerlərinə, istirahət məkanlarına gəzintiləri təşkil olunub. Həmçinin uşaqlar üçün müxtəlif əyləncəli oyunlar keçirilib.

Yay düşərgəsi iki həftə davam edəcək.

 

Z. BƏŞİRQIZI,

“Xalq qəzeti”

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında