Səhiyyə naziri ÜST-ün baş direktoru ilə görüşüb

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru doktor Tedros Adhanom Qebreyesus “Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) icrası kontekstində səhiyyə islahatları” mövzusunda milli konfransda iştirak etmək üçün Bakıya gəlib. Səhiyyə naziri Oqtay Şirəliyev ÜST-ün baş direktorunu qəbul edib.
 
O. Şirəliyev son illər ərzində əldə olunmuş nailiyyətlərdən danışıb. Bildirib ki, müstəqilliyimizin ilk illərində ölkədə səhiyyə acınacaqlı durumda idi. Ümummilli lider tərəfindən səhiyyə sektoruna vəsaitlərin ayrılması və ildən-ilə həmin vəsaitin həcminin artırılması bu sahədə dönüş yaradıb.
Hazırda ölkədə 600-dən artıq tibb müəssisəsi tam təmir olunub və ya yenidən tikilərək əhalinin istifadəsinə verilib. Bu müəssisələrin hər biri Avropa standartlarına uyğun bütün lazımi tibbi avadanlıqlarla təmin olunub, kadr potensialı gücləndirilib.
Ölkədə infeksion xəstəliklərin aradan qaldırılması məqsədi ilə görülən işlərdən bəhs edən nazir bildirib ki, əksepidemik tədbirlərin aparılması nəticəsində ölkəmizdə malyariyanın eliminasiyasına nail olunmuşdur. Ölkəmizdə göy öskürək, digər parazitar xəstəliklərə də artıq rast gəlinmir.
Sonra O.Şirəliyev hazırda bütün diqqətin qeyri- infeksion xəstəliklərin müalicəsinə, bu sahədə yeniliklərin tətbiqinə yönəldiyini bildirib. Vurğulayıb ki, ölkəmizdə acıq ürək əməliyyatları, uşaq kardiocərrahiyəsi, ilikköçürmə əməliyyatı, koxler implant və s. ən ağır icra olunan əməliyyatlar icra olunur.    O, icbari tibbi sığortanın (İTS) tətbiqindən, vətəndaşların və uşaqların icbari dispanzerizasiyasından da söz açıb.
Öz növbəsində səmimi qarşılanmaya görə minnətdarlıq edən ÜST-ün baş direktoru doktor Tedros Adhanom səfərinin ölkə müstəqilliyimizin 100 illik tarixi ilə üst-üstə düşməsinə çox sevindiyini bildirib və dövlət tərəfindən ana və uşaqların sağlamlığının qorunması və digər istiqamətlərdə hazırlanmış tədbirlər planının tətbiqinə yüksək qiymət verdiyini bildirib.
Qonaq ölkəmizdə ­İTS-nin universal səhiyyə paketi formasında hazırlanması istiqamətində ÜST-ün də xüsusi təkliflər vermək arzusunu nəzərə çatdırıb. O, üç pilot rayonda tətbiq edilən İTS-nin vəziyyəti haqqında məlumatlı olduğunu bildirib. 
Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında