Sonsuzluğun müalicəsində yeni texnologiya

Dünya tibb elmində hər gün demək olar ki, yeni nailiyyətlər qeydə alınıır. Alimlər xəstəliklərlə mübarizədə yeni metodlar və üsullar tapırlar.  Belə nailiyyətlərdən biri Danimarka alimləri tərəfindən qeydə alınıb. Danimarkalı alimlər süni yumurtalıqların yaradılması üzrə texnologiya hazırlayıblar. Yeni metod sonsuzluğun müalicəsində effektivliyi artıra bilər. Bu barədə “MEDdaily” saytı məlumat yayıb.

Bildirilir ki, onkoloji xəstəliklərin müalicəsində tətbiq edilən kimyaterapiya və radioterapiya bəzən qadın reproduktiv sisteminin zədələnməsinə və sonsuzluğa səbəb olur. Bununla mübarizəyə kömək edən üsullardan biri yumurtalıq toxumasının transplantasiyasıdır. Xərçəngin müalicəsinə başlamazdan əvvəl yumurtalıq tam və ya qismən orqanizmdən ayrılır və material müalicə başa çatdıqdan sonra köçürülmə üçün istifadə məqsədilə dondurulur. Lakin bu halda yumurtalıq toxumasında xərçəng hüceyrələrinin mövcudluğu ilə bağlı müəyyən riskin olması xəstəliyin köçürülmədən sonra mümkün bərpası ehtimalını artırır.

Məhz bu riskin aradan qaldırılması üçün Kopenhagenin "Rigshospitalet" klinikasının alimləri yumurtalıq toxumasının bütün hüceyrələrini, o cümlədən xərçəng hüceyrələrini kənarlaşdıraraq yalnız zülallar və kollagendən (proteinlər ailəsinin əsas birləşdirici toxumaları) ibarət "karkası" saxlayıblar. Bundan sonra mütəxəssislər süni "karkas"da yumurtalıq follikulları yetişdirməyə nail olaraq mahiyyət etibarilə süni yumurtalıq əldə ediblər. Heyvanlar üzərində aparılan eksperimentdən məlum olub ki, metodika səmərəli işləyir: yumurtalıq siçan bədənində bitişib, yumurta hüceyrəsi isə həyat qabiliyyətini saxlayıb.

Ekspertlərin sözlərinə görə, tədqiqatın nəticələri yaxşı təsir bağışlayır. Çünki ilk dəfə yumurta hüceyrəsinin süni yumurtalıqda həyat qabiliyyətini saxlamaq mümkün olub. Lakin texnologiya klinikalara təklif edilməzdən əvvəl çoxlu sınaqların (həmçinin insanlar üzərində) keçirilməsinə ehtiyac duyur və bunun üçün daha 5-10 il tələb olunacaq.

 

Elçin ABBASOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında