Rezidenturaya qəbul olmaq istəyənlərlə görüş keçirilib

   Səhiyyə Nazirliyində rezidenturaya qəbul olmaq istəyən bir qrup namizədlə nazir müavini, nazirliyin və Dövlət İmtahan Mərkəzinin əməkdaşlarının iştirakı ilə görüş keçirilib və namizədlərin sualları müzakirə olunub.

   Bildirilib ki, qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikası vətəndaşlarının rezidenturaya qəbul planı hər bir ixtisas üzrə həkim-mütəxəssislərə ehtiyac nəzərə alınmaqla Səhiyyə Nazirliyinin təklifləri əsasında Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Tələbat əsasən bölgələrdə ilkin səhiyyə xidməti göstərən həkimlərə və təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkimlərə, eləcə də hazırlığı rezidenturada aparılan müəyyən ixtisaslar üzrə həkim-mütəxəssislərə mövcuddur.   

    Eyni zamanda, 2018/2019-cu tədris ili üçün rezidenturaya qəbul üzrə plan yerlərinin müəyyən hissəsinə məqsədli qəbul həyata keçirilir. Məqsədli qəbul üzrə plan yerləri müvafiq ixtisas üzrə həkim çatışmazlığı olan konkret səhiyyə müəssisələrində işləyəcək həkim-mütəxəssislərin hazırlanması üçün nəzərdə tutulur.

     Rezidenturaya qəbul ola bilməyən şəxslərə Səhiyyə Nazirliyinin tabeliyində olan, rezidentura təhsili olmadan tutulması mümkün olan vakant həkim vəzifələri müsabiqədən kənar təklif olunacaqdır.

   Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, rezidenturaya qəbul olmaq istəyən namizədlərin baza ali tibb təhsili əsasında tutulması mümkün olan həkim vəzifələri və digər məsələlərlə bağlı məlumatlılığını artırmaq üçün gələcəkdə tələbələrlə vaxtaşırı görüşlərin keçirilməsi planlaşdırılır.

 

Z. BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında