Neftçala rayonunda əmək yarmarkası keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidməti (DMX) tərəfindən növbəti əmək yarmarkası Neftçala rayonunda keçirilib. Yarmarkada işsiz və işaxtaran vətəndaşlara qeyri-dövlət sektoruna aid 29 müəssisə üzrə 284 vakant iş yeri təqdim olunub. Qeyd edək ki, yarmarkada həmin müəssisələrin nümayəndələri də iştirak edib.

Tədbirdə vətəndaşların peşə-ixtisas bacarıqlarına və əmək vərdişlərinə uyğun iş yerlərinə göndərişlər verilib. Peşə və ixtisasının olmaması səbəbindən özünə münasib iş yeri tapa bilməyən və ya peşə bacarığına uyğun gələn iş olmadığı üçün peşəsini dəyişmək istəyənlər əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilmək üçün qeydiyyata alınıblar.

ƏƏSMN-nin ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, işsiz vətəndaşlardan bir qismi haqqı ödənilən ictimai işlərə cəlb olunublar.

 

Z. BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında