Qaraciyərin sağlamlığı üçün faydalı meyvə

Qaraciyəri yaxşı vəziyyətdə saxlamaq üçün müxtəlif üsullar vardır. Bunlardan biri də meyvələrin istehlakıdır. Alimlər belə nəticəyə gəliblər ki, narıncı və qırmızı rəngdə olan meyvələr qaraciyər üçün çox faydalıdır.

Belə ki, bu meyvələr pektinlərlə zəngindir. Pektinlər orqanizmdə maye ilə birləşdikdə gelə çevrilir ki, bu "gel" ziyanlı maddələri orqanizmdən xaric etməyə kömək edir. Nəticədə orqanizm təbii şəkildə zərərli maddələrdən təmizlənir. Bu isə qaraciyərin fəaliyyətini yüngülləşdirir.

Alimlərin fikrincə, bu cür meyvələrdən ən faydalısı ərikdir. Pektinlərlə zəngin olan ərik orqanizmdən toksiki maddələrin xaric edilməsini sürətləndirir. Lakin qaraciyərin sağlamlığı üçün əriyin şirin növlərinə deyil, turşa-şirin növlərinə üstünlük vermək lazımdır.  Alimlər qaraciyərin sağlamlığı üçün hər gün 2-3 iri ərik yeməyi tövsiyə edirlər.

 

Elçin ABBASOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında