Təzyiq xəstələri üçün 2 qızıl qayda

Hazırkı dövrdə təzyiq geniş yayılmış xəstəliklərdən biridir. Alimlər təzyiqi normada saxlamaq üçün 2 qızıl qayda  təklif edir.

Bunlardan birincisi, təzyiqi salan dərmanların yatmazdan əvvəl içilməsidir. İspaniya alimləri sübut edir ki, bu üsul yüksək arterial təzyiqdən əziyyət çəkən insanlar üçün  ən yaxşı üsuldur. Belə preparatların günün digər saatlarında qəbulu daha az effekt verir. Məhz yatmazdan əvvəl təzyiq dərmanı qəbul edən insanlarda ürək tutması, infarkt və insultun riski 61% azalır.

İkincisi, təzyiqi normada saxlamaq və təzyiqin qalxmasının qarşısını almaq üçün

16 saatlıq aclıqdır. Alimlər qeyd edir ki, hər gün 16 saat ərzində (axşam 18.00-dan səhər 10.00-a qədər) ac qalan insan təzyiqini normada saxlaya bilər. Həmçinin bu üsul artıq çəkidən azad olmağa da kömək edir ki, bu da təzyiqin tənzimlənməsinə yardım edir.

 

Elçin ABBASOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında