Qorxunc xəstəliklə bağlı xəbərdarlıq

“CBS News” kanalının məlumatına görə, Birləşmiş Ştatların Luiziana ştatında nadir amöb sayılan Neqleriya fouleranın (Naegleria fowleri) aşkarlanması həyəcana səbəb olub.

Bildirilib ki, ötən həftə aparılan laboratoriya yoxlamaları zamanı son 3 ildə artıq 3-cü dəfə  su ehtiyatlarında amöb aşkarlanıb.

Qaynar istilərə baxmayaraq sakinlərə hovuzda çimmək qadağan edilib. Müvafiq xəbərdarlıqda deyilir: “Amöblər içməli sudan tutmuş duşa qədər istənilən şirin su mənbəyində ola bilər”.

Qeyd edək ki, insan beyninə düşən parazit orada sürətlə çoxalmağa başlayır. Nəticədə beyin qanaxması və hüceyrələrin nekrozuna səbəb olur.

Xatırladaq ki, ABŞ-da 1962-2016-cı illər arasında bu xəstəliyə yoluxan 143 nəfərdən cəmi 4-ü sağ qala bilib.

Elçin ABBASOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında