Respublika Narkoloji Mərkəzinin yeni binası istifadəyə verilib

   Ölkə başçısı cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində yeni inşa edilən Respublika Narkoloji Mərkəzi  Ramazan bayramı ərəfəsində istifadəyə verilib. Qeyd edək ki,  4 korpus, 300 çarpayılıq müəssisə Bakının Sabunçu rayonunda yerləşir.

   Respublika Narkoloji Mərkəzinin tikintisinə 2012-ci ildə başlanılıb və bu ilin iyununda başa çatdırılıb. 1,9 hektar ərazidə inşa olunan Mərkəz ən yüksək standartlara cavab verən tibbi avadanlıq və lazımi dərman preparatları ilə tam təmin və təchiz edilib.

    İxtisaslaşdırılmış ambulator və stasionar narkoloji xidmət göstərəcək Respublika Narkoloji Mərkəzi müalicə-profilaktika müəssisəsi olmaqla yanaşı Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin və psixotrop maddələrin, habelə, ölkə ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların dövriyyəsinə nəzarəti həyata keçirən müəssisəsidir.

    Mərkəzdə xidmətlər könüllülük prinsipi əsasında həyata keçirilir və 18 yaşından yuxarı ehtiyacı olan hər bir şəxs yüksək səviyyədə müalicə ala biləcək. Binanın I korpusunda konsultativ poliklinika, stomatologiya, kardiologiya, şüa-diaqnostika, qəbul şöbəsi, inzibati şöbə, əvəzedici müalicə şöbəsi, rentgen, EEG və s. həyati əhəmiyyətli şöbələr qabaqcıl texnologiya və avadanlıqlarla təmin olunaraq fəaliyyət göstərəcək.

     Yeni binada tədbirlərin təşkili üçün 100 yerlik akt zalı, geniş və işıqlı mətbəx, dizel generator stansiyası, istirahət guşəsi, mərkəzləşdirilmiş qazanxana  müalicə işinin effektiv olmasına daha da əlverişli şərait yaradacaq.

   Mərkəzin II korpusunda reabilitasiya, intensiv terapiya və qadın stasionar şöbəsi fəaliyyət göstərir. Ümumilikdə müəssisədə dördü kişi, biri qadınlar üçün nəzərdə tutulmuş 5 stasionar şöbə  var.

    Xəstələrə psixoloji yardımın həyata keçirilməsi məqsədi ilə psixoterapiya kabineti də yaradılıb. Burada müalicənin effektivliyinin artırılması üçün müalicə alan şəxslərlə psixoloq və həkim-psixoterapevt tərəfindən fərdi və qrup şəklində söhbətlər aparılacaq.

 

Z. BƏŞİRQIZI,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında