Dəniz suyunun faydaları

Yay mövsümündə insanlar istirahət üçün dəniz kənarına üz tuturlar. Lakin mavi dalğaların qoynu və onun qumlu sahilləri təkcə istirahət həvəskarları üçün deyil, eyni zamanda, sağlığına biganə qalmayanların da sevimli məkanıdır.

Həkimlər dəniz sahilində təmiz hava qəbul etmənin zehnin və bədənin gəncləşməsinə və gümrahlaşmasına kömək etdiyini bildirirlər. Dəniz suyunun tərkibində insan orqanizmi üçün faydalı olan maddələr var. Dermatoloqların fikrincə, dəri sağlamdırsa və patoloji problem yoxdursa, dəniz suyu heç bir problem yarada bilməz və suda olan yod, duz və minerallar dəriyə müsbət təsir göstərir. Dəniz suyu dəridən toksinlərin xaric edilməsinə və ölü hüceyrələrin təmizlənməsinə də kömək edir. Tərkibindəki minerallar orqanizmi möhkəmləndirir. Bununla yanaşı, onun ən faydalı cəhətlərindən biri də səpgili dəriyə göstərdiyi sağlamlaşdırıcı təsirdir.

Hər dəfə dəniz suyuna girmək orqanizmin enerjisini artırır. Eyni zamanda, dəniz sahilindəki hava qan və toxumaların təmizlənməsinə kömək edən neqativ ionlarla zəngindir.

Elçin ABBASOV,

“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında