Milli Qurtuluş Günü və Ramazan bayramına həsr edilmiş tədbir keçirilib

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətində (DBNX) Dövlət Xidmətinin və onun tabeliyində olan Epizootiya və Zoonoz xəstəliklər Əleyhinə Respublika Ekspedisiyası əməkdaşlarının iştirakı ilə 15 İyun - Milli Qurtuluş Gününə və Ramazan bayramına həsr olunmuş tədbir keçirilib.

Tədbirdə çıxış edən DBNX-nin rəisi vəzifəsinin müvəqqəti icra edən Bayandur Rzayev bildirib ki, 1993-cü il iyunun 15-i Azərbaycan tarixində ən əlamətdar günlərdən biridir. Həmin gün ikinci dəfə hakimiyyətə qayıdan xalqımızın dahi rəhbəri Heydər Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycan parçalanmaq təhlükəsindən xilas olub, ölkənin ictimai-siyasi, sosial-iqtisadi sabitliyi təmin olunub. B.Rzayev, həmçinin vurğulayıb ki, müstəqil Azərbaycan Respublikası bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf edir və qabaqcıl dünya dövlətləri sırasında öz yerini möhkəmləndirir.

Digər çıxış edənlər 1993-cü ilin iyun hadisələri ərəfəsində respublikamızda yaranmış ağır vəziyyətdən, belə bir dövrdə xalqın və ziyalıların təkidi ilə siyasi hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyasından danışıblar. Ulu öndər Heydər Əliyevin yorulmaz fəaliyyəti, yeritdiyi müdrik daxili və xarici siyasət nəticəsində müstəqilliyimizin dönməz xarakter aldığını, dövlət quruculuğu, milli ordunun formalaşdırılması, beynəlxalq aləmdə Azərbaycanın demokratik imicinin artması sahəsində böyük işlər görüldüyü vurğulanıb. Həmçinin MDB məkanında ilk dəfə Azərbaycanda torpaq islahatı aparıldığı və torpağın öz sahibinə verildiyi bildirilib.

Qeyd edilib ki, Ulu Öndərin gördüyü nəhəng işlər, onun ideyaları, siyasi xətti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Müstəqil Azərbaycan dövlətinin sürətlə inkişafı bunun bariz nümunəsidir.

Sonda DBNX-nin rəisi vəzifəsinin müvəqqəti icra edən B.Rzayev Ramazan bayramı və Milli Qurtuluş Günü münasibəti ilə tədbir iştirakçılarını təbirik edib, xoş arzularını çatdırıb.

 

Z. BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında