Badamın insan orqanizminə faydası çoxdur

   Badam insan orqanizmi üçün ən faydalı çərəzlərdən biri hesab olunur. Onun tərkibində sonsuz sayda minerallar və vitaminlər var.

Badamın faydalarından danışarkən, öncə diqqətə çatdırmalıyıq ki,

badam ilk növbədə dərini qoruyur: Günəşin ultrabənövşəyi şüaları, stres dərinin daha tez yaşlanmasına səbəb olur. Badamın tərkibindəki E vitamini isə sərbəst radikallarla mübarizə aparır, dərinin nəmlilik səviyyəsini qoruyur və canlanmasına kömək edir.

   Badam ürək xəstəlikləri riskini azaldır: Ürək xəstəliklərinin ən böyük səbəbi qandakı xolesterenin yüksək olmasıdır. Hər gün 20 badam yemək bu səviyyəni tənzimləyir və ürək xəstəliyi riskini azaltmış olur.

    Badamdan həmçinin arıqladır: O qan şəkərini tənzimləyir, insana daha uzun müddət ərzində tox qalmağa kömək edir, həmçinin metobolizmanı sürətləndirir.

    Yüksək təzyiqi aşağı salır: Yüksək qan təzyiqi infarkt, insult kimi dəhşətli fəsadlara yol aça bilər. Badam tərkibindəki maqnezium sayəsində bu risklərə qarşı immuniteti daha dözümlü edir. Ancaq təzyiqin yüksəlməməsi üçün qovrulub, duzlanmamış bada seçilməlidir.
    Sümükləri gücləndirir: Sümük sağlamlığı üçün kalsium və maqnezium önəmlidir. Xüsusi ilə süd məhsulları ilə arası olmayanlar badamla kalsium əksikliyini nisbətən aradan qaldıra bilərlər.

Badam həm də xərçəngin düşmənidir: Həm çəkiyə nəzarət etməyə kömək edir, həm də tərkibindəki antioksidanlarla xəstə hüceyrələrə qarşı mübarizə aparır.

   Son olaraq qeyd edək ki, badam yağlı turşularla zəngin olduğundan beyini və damarları cavan saxlayır.

 

Z. BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında