Pomidor xərçəngə tutulma riskini azaldır

  Tədqiqatçı alimlərin fikrincə, dünyanın bəlası sayılan xərçəng xəstəliyinə qarşı tərəvəz məhsulları arasında pomidor birinci yerdədir. Araşdırmalar göstərib ki, onun tərkibində olan likopin maddəsi həqiqətən xərçəng və ürək-damar sistemi xəstəliklərinin inkişafını ləngidə bilir.

   Xarici mətbuat xəbər verir ki, pomidor həmçinin arıqlamağa da kömək edir. Bu məqsədlə diyetoloqlar çəki azaltmaq istəyənlərə pomidordan hazırlanmış içki tövsiyə edir. Rusiyanın tanınmış diyetoloqlarından hesab edilən Marqarita Korolyova “Komsomolskaya Pravda”ya verdiyi müsahibədə çox faydalı içki reseptini təqdim edib.

   3 orta ölçüdə "ətli" pomidor, 1 çimdik sarıkök götürülür. Pomidorun qabığı soyulur, blenderdən keçirilir və sarıkök əlavə olunaraq qarışdırılır. Bu qarışığı hər gün yeməkdən 1 saat sonra içmək məsləhət görülür.

   Nəzərə almaq lazımdır ki, mədə xorası, xolesistit və pankreatit (öd kisəsi və mədə altı vəzi iltihabı), öd daşı və böyrək daşı xəstəliyi, böyrək və sidik kisəsinin iltihabları kimi bəzi xəstəliklər zamanı pomidor şirəsini içmək olmaz. Ona görə də hər hansı şirəni içməzdən öncə orqanizmin sağlam olub-olmamasını bilmək lazımdır.

 

Z. BƏŞİRQIZI,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında