Soğan yaddaşı möhkəmlədir

    Fransa və Yaponiya alimləri aşkar ediblər ki, adi soğan beyin hüceyrələrini təmizləmək və cavanlaşdırmaq xüsusiyyətinə malikdir. Soğan insanların zehnini və yaddaşını yaxşılaşdırır, və möhkəmlədir. 

    Alimlərin fikrinə görə, bunun səbəbi soğanın kükürd birləşmələri ilə zəngin olmasıdır. Bu birləşmələr beyin hüceyrələrindən toksiki maddələrin xaric olunmasını aktivləşdirir ki, bu da beyini cavanlaşdırır.

Həmçinin soğanın istehlakı insanın emosional tonusunu da normallaşdırır.

   Qeyd edək ki, bundan əvvəl aparılmış araşdırmalar soğanın ürək-damar sistemi və sümüklər üçün faydalı olduğunu sübut edib. Araşdırmalar nəticəsində həm də bu qənaətə gəliblər ki, soğanın tərkibində olan maddələr xərçəng hüceyrələrinin əmələ gəlməsini ləngidir.

 

Z. BƏŞİRQIZI,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında