Nar yemiş qadın hepatit A virusundan ölüb

Milli.Az-dan verilən məlumata görə, Avstraliayada bir qadın dondurulmuş nar paketindən hepatit A virusuna yoluxduqdan sonra ölüb.

 

Cənubi Avstraliyada baş vermiş hadisə nəticəsində 64 yaşlı qadının ölümü ştatın rəsmiləri tərəfindən "nadir və faciəvi" hadisə kimi qiymətləndirilib.

Yerli rəsmilər Creative Gourmet adlı Avstraliya şirkətinin məhsulları barədə aprel ayında xəbərdarlıq yaymışdılar.

Bu xəbərdarlıq ölkə miqyasında hepatit A virusu ilə yoluxan 24 hadisəyə görə edilmişdir .

Avstraliyalılara soyuducularını yoxlamaq və dondurulmuş meyvə paketləri varsa, soyuducunu onlardan təmizləmək çağırışı edilib.

Söhbət Misir məhsulu olan və alıcılara satılmış 2000-dən çox nar dənəsi paketlərindən gedir.

Avstraliyada becərilib böyüdülmüş nar məhsuluna isə bu xəbərdarlıq aid deyil, rəsmilər bildirib.

Cənubi Avstraliyanın baş tibb rəsmisi, professor Paddy Phillipsin qeyd edib ki, "ölkədə geri çağrılmış məhsuldan xəstələnib ölən yalnız bir qadın olduğu qeydə alınıb".

Onun sözlərinə görə, adı çəkilən məhsulun təsirini hiss etmiş qalan insanlar hazırda tamamilə sağalıb və bundan sonra həmin məhsulla bağlı yeni xəstəlik hallarının baş verməsi gözlənilmir.

Hepatit A ilk növbədə ciyəri sıradan çıxarır və adətən nəcis vasitəsilə, cinsi əlaqə və ya üstünə virus düşmüş məhsul və əşyalara toxunma yolu ilə yayılır.

Xəstəliyin inkişafı 15 gündən 50 günədək çəkə bilər və dərinin saralması, qızdırmanın qalxması və ürək bulanması kimi simptomlarla müşayiət oluna bilər.

İsaq Əmənullayev,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında