Gənc qadın ağır patologiyadan sonra ana olub

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında ilk hamiləliyində ağır patologiyası olan qadının ana olmasına yardım göstərilib.

28 yaşlı gənc qadın ilk hamiləliyinin uğursuz nəticələnməsi şikayəti ilə ATU-nun Tədris Cərrahiyyə Klinikasında I mamalıq-ginekologiya kafedrasının dosenti, tibb elmləri namizədi Natəvan Axundovaya müraciət edib. Həkimin sözlərinə görə, birinci uğursuz hamiləlik 35 həftəlikdə, dölün bətndaxili inkişaf ləngiməsinə görə təcili keysəriyyə kəsiyi əməliyyatı ilə başa çatdırılıb. Bütün səylərə baxmayaraq yenidoğulmuş 5-ci sutkada ölüb. 

N.Axundova bildirir ki, ağır preeklampsiya və HELLP sindromu - qaraciyər fermentlərinin, bilirubinin artması, qanın hemolizi ilə müşahidə olunan, ana və yenidoğulmuşun xəstələnmə və ölüm göstəricilərinin artmasına səbəb olan ağır patologiyalardan hesab edilir. Bu patologiya hətta növbəti hamiləliklərdə də təkrarlana və uğursuz nəticə verə bilər. Onun yaranma səbəblərindən biri irsi və qazanılmış trombofiliyalardır. Bu faktorlar qanın laxtalanmasını artıraraq hamilədə və döldə ciddi fəsadlara gətirib çıxarır.

Həkim bildirir ki, xanımın hamiləliyi əvvəldən sona qədər aşağı molekul çəkili heparinin yüksək profilaktik dozası ilə idarə olunub. Nəhayət, hamiləlik 36-cı həftədə keysəriyyə kəsiyi əməliyyatı ilə sonlandırılıb. Nəticədə çəkisi 2500 qram, boyu 48 sm olan döl doğulub. Ana və yenidoğulmuş evə yazılıblar.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında