İki beynimiz var imiş

Avstraliyalı alimlər bununla bağlı araşdırma aparıb. Araşdırma zamanı bağırsaqlarda sinxron şəkildə işləyən bir beynin mövcud olduğu qənaətinə gəlinib. Avstraliyalı tədqiqat qrupu bağırsaqların beyindən və onurğa iliyindən müstəqil olaraq işlədiyini açıqlayıb. Onların fikrincə, bağırsaqlar yaydığı elektrik dalğası ilə qidaların həzm sistemində fəaliyyətini təmin edir və bütün bunları sinxron şəkildə həyata keçirən isə bədəndəki ikinci beyindir. Alimlər ikinci beynin kəşfi ilə bağırsaqların qarışıq quruluşunu daha yaxşı anladıqlarını bildirib. Bu barədə  day.az məlumat yayıb.

Bağırsaq sinir sistemi bağırsaqların hərəkətinə nəzarət edən milyonlarla neyrona malikdir. Lakin bu mexanizm bu vaxta qədər alimlərin diqqətindən qaçıb.

Bu mexanizmin anlaşılması üçün Flinders Universitetinin bir qrup alimi öldürdükləri siçanın qalın bağırsağındakı 400 min neyronu incələyib. Alimlərin fikrincə, bu araşdırma bağırsaq xərçəngi kimi xəstəliklərin müalicəsinə kömək edəcək.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında