Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində tədbir keçirilib

Milli Məclisin deputatı Qənirə Paşayeva  Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzini ziyarət edib və Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təşkil edilən tədbirdə iştirak edib.

Çıxışına uşaqları təbriklə başlayan deputat onlara sağlamlıq, xoşbəxtlik və bütün arzularına çatmalarını diləyib. O, daun sindromlu uşaqların həyatla, çətinliklərlə mübarizəsində valideynlərinin və mərkəzin müəllimlərinin mühüm rolundan danışıb: “Bu uşaqların valideynləri bütün çətinliklərə baxmayaraq, onlar üçün əllərindən gələni edirlər, həmçinin burda çox fədakar işçilər var. Sevgi, xeyirxahlıq və mərhəmət bu uşaqların xoşbəxtliyinə səbəb olur”.

Ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində belə bir mərkəzin açılmasının daun sindromlu uşaqların yüksək səviyyədə müalicə və təhsil almasına imkan verdiyini vurğulayan millət vəkili Qənirə Paşayeva bu mərkəzdə göstərilən bütün xidmətlərin pulsuz olduğunu qeyd edərək, bütün daun sindromlu uşaqların onun fəaliyyətindən geniş yararlanmasının əhəmiyyətini vurğulayıb. O, bildirib ki, bu sindromla doğulan uşaqların hamısı bu mərkəzə müraciət edərək mütəxəssislərin nəzarətində olarlarsa, bu uşaqlar üçün də, ailələr üçün də yaxşı olar.

Q.Paşayeva fiziki imkanları məhdud uğaqlara bütün cəmiyyətin daha həssas yanaşmalı olduğunun vacibliyini qeyd edib. Çıxışının sonunda “gələn il 1 İyun -- Uşaqların Beynəlxalq Müdafiəsi Gününü bu gözəl balalarla birlikdə Ali Baş Komandan cənab Prezident İlham Əliyevin rəhbərliyi altında birlik və bərabərlik içində işğaldan azad edəcəyimiz Dağlıq Qarabağda, Şuşada, Xankəndində və digər gözəl guşələrimizdə qeyd edək”-- deyib. O,"Qayğı-Sağlam Nəsil Naminə” İctimai Birliyinə və onun kollektivinə bu tədbirin təşkil edilməsinə görə təşəkkürünü bildirib. Mərkəzin kollektivi ilə söhbət zamanı Q.Paşayeva onlara bu önəmli fəaliyyətlərində uğurlar arzulayıb, hər bir uşaq və ailəsi ilə həmsöhbət olub.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında