Dövlət Baytarlıq Nəzarəti Xidmətində tədbir keçirilib

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətində (DBNX) Xidmətin və onun tabeliyində olan Epizootiya və Zoonoz xəstəliklər Əleyhinə Respublika Ekspedisiyası əməkdaşlarının iştirakı ilə qarşıda duran vəzifələrə həsr edilmiş tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan DBNX-nin rəisi vəzifəsini müvəqqəti icra edən Bayandur Rzayev bildirib ki, bu gün qarşıda duran ən ümdə məsələ ölkədə epizootik sabitliyin qorunub saxlanması və heyvandarlığın inkişafında nəzərdə tutulmuş hədəflərə nail olmaqdır. Belə ki, Dövlət Xidməti  öz fəaliyyətlərini günün tələblərinə-aqrar sahənin dinamik inkişafına, innovasiyaların tətbiqinə yönəltməlidir.

Kənd təsərrüfatının intensiv inkişafı, baytarlıq xidməti ilə təsərrüfatların əlaqələrinin genişləndirilməsi, yerlərdə baytarlıq mütəxəssislərinin bilik və təcrübələrindən geniş formada istifadə edilməsi müasir dövrün tələbləridir.

B.Rzayev baytarlıq qurumlarının qarşılaşdığı problemlərə toxunaraq qeyd edib ki, köçkün rayonların vətəndaşlarına məxsus heyvanların peyvənd edilməsi sahəsində yaranan müəyyən çətinliklər, dövlət tərəfindən verilmiş vaksinlərin “soyuq zəncir” prinsipinə uyğun heyvanlara tətbiqində yaranan  gecikmələr aradan qaldırılmalı, rayon (şəhər) baytarlıq idarələrinə ezam edilən baytarlıq mütəxəssislərinin yerlərdə göstərdikləri köməkliklər, xidmətin maddi-texniki təminatının və əhalinin heyvan xəstəliklərinə qarşı aparılan peyvəndləmələrin vacibliyi sahəsində maarifləndirmələrə diqqət artırılmalıdır. Həmçinin qeyd edib ki, yerlərdə heyvandarlarla tez-tez görüşlər keçirilməli, əhali arasında baytarlıq sahəsində görülən işlərin təbliğ-təşviqatı aparılmalı, fermerlərin qarşılaşdığı problemlər yerində araşdırılmalı  və lazımi tədbirlər görülməlidir.

Tədbirin sonunda geniş fikir mübadiləsi aparılıb və respublikanın epizootik sabitliyinin saxlanılması sahəsində görüləcək tədbirlər barədə müvafiq tapşırıq və göstərişlər verilib.

 

Z. BƏŞİRQIZI,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında