Bakıda Avropa Tibb Assosiasiyaları Forumunun 33-cü illik konfransı keçirilir

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə və 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş konfransın Bakıda keçirilməsinin səhiyyənin inkişafına töhfə verəcəyini bildirən Azərbaycan Tibb Assosiasiyasının (ATA) sədri Nəriman Səfərli bildirib ki, ATA 2000-ci ildən Avropa Tibb Assosiasiyaları Forumunun və 2002-ci ildən Dünya Tibb Assosiasiyasının həqiqi üzvüdür: "Yarandığı vaxtdan etibarən Assosiasiya ölkəmizdə təbabətin inkişaf etdirilməsində və keyfiyyətli tibbi xidmətin təşkil olunmasında yaxından iştirak edir. Qurumun əsas məqsədləri həkimlərin hüquq və maraqlarının qorunması, onların təkmilləşdirilməsi və əhalinin tibbi maarifdirilməsidir."

Konfransda Avropa Tibb Assosiasiyaları Forumunun baş katibi Leah Vapner və Dünya Tibb Assosiasiyasının baş katibi Otmar Kloiber çıxış edərək Forumun 33-cü illik konfransının paytaxtımızda keçirilməsinin əhəmiyyətini vurğulayıblar. Səhiyyə sahəsində həyata keçirilən beynəlxalq islahatlar və Avropa ölkələrində qazanılmış təcrübənin Azərbaycanda da tətbiq edilməsinin vacibliyi qeyd edilib. Milli Məclisin deputatı, tibb elmləri doktoru, Azərbaycan Tibb Assosiasiyanın idarə heyətinin sədri Rəşad Mahmudov ölkəmizin irimiqyaslı beynəlxalq tədbirlərə ev sahibliyi etməsindən və səhiyyənin inkişafı üçün həmin tədbirlərin oynadığı rol, ölkə səhiyyəsində həyata keçirilən islahatlar, icbari tibbi sığortanın tətbiqi sahəsində görülən işlərdən danışıb. Qeyd edib ki, Dünya Səhiyyə Təşkilatı və Dünya Tibb Assosiasiyanın bu gün bir araya gəlməsi səhiyyə və təbabətin qlobal problemlərinin həlli yollarını və inkişaf strategiyalarını müzakirəsi çox mühüm tarixi hadisədir. Onun sözlərinə görə, Avropa səhiyyəsinin və təbabətinin hazırki təcrübəsinin bu mühüm tədbirdə səsləndirməsi hər bir iştirak edən ölkə üçün çox vacibdir: "Hesab edirəm ki, səhiyyə sistemində davamlı inkişafın təmin olunmasında gələcək islahatların həyata keçirilməsində əsasən ölkəmiz üçün aktual bu mövzular ətrafında dinlənilən beynəlxalq ekspertlərin tövsiyələrindən və inkişaf etmiş ölkələrin təcrübələrindən faydalanmalıyıq."

R.Mahmudov qeyd edib ki, əhalinin sağlamlığının qorunmasında və səhiyyə sisteminin inkişafında ən vacib məsələlərdən biri olan İcbari Tibbi Sığortanın tətbiqi həmişə dövlətin və prezident İlham Əliyevin diqqət mərkəzindədir: “Bu istiqamətdə mühüm işlər görülüb. Prezident İlham Əliyev səhiyyə sahəsində islahatları uğurla davam etdirir. Əhalinin sağlamlığının qorunması Heydər Əliyev Fondunun əsas istiqamətlərindən biridir. Bu gün ölkəmiz iri miqyaslı beynəlxalq tədbirlərin keçirilməsində ev sahibliyi edir. Səhiyyə sahəsində də bu cür tədbirlərin həyata keçirilməsi çox önəmlidir və gələcəkdə respublikamızın səhiyyə sahəsində beynəlxalq tədbirlərə ev sahibliyi etməsini arzu edirik.”

Sonra iştirakçılara dünyada anadangəlmə ürək qüsurlu uşaqların gələcək müalicəsinə həsr olunan "Ürəklər susmasın" adlı qısametrajlı sosial çarx nümayiş olunub. İki gün davam edəcək konfransda 25 ölkədən gəlmiş həkimlərin məruzələri dinləniləcək. Konfransda forumun üzvləri olan milli tibb assosiasiyalarının liderləri öz ideya və təcrübələrini həmkarları ilə ilə bölüşəcək, səhiyyənin müxtəlif problemləri ilə bağlı mövzular ətrafında fikir mübadiləsi aparacaqlar.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında