“Respublikanın regionlarında oftalmologiyanın müasir nailiyyətləri” mövzusunda konfrans keçirilib

Ötən illərdə Azərbaycan səhiyyədə, xüsusilə də oftalmologiya sahəsində bir çox yeniliklərə imza atılıb. Ölkəyə dəvət edilən peşəkar oftalmoloqlarla aparılan müzakirələrdə, regionlarda keçirlən konfranslarda əsas niyyət oftalmologiyanın beynəlxalq standartlar səviyyəsində qurulmasını təmin etməkdir. Bu mənada qeyd etmək olar ki, konkret olaraq Milli Oftalmologiya Mərkəzinin Gəncə filialı  və digərləri ən son texnoloji avadanlıqlarla təchiz olunub. Klinikada təcrübəli və xaricdə ixtisas keçmiş  həkim-oftalmoloqlar bütün göz xəstəliklərinin müayinə və müalicəsi, eləcə də əməliyyatı ilə məşğul olur.

Səhiyyə Nazirliyi,  Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi  və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin təşəbbüsü ilə Gəncə şəhərində “Respublikanın regionlarında oftalmologiyanın müasir nailiyyətləri” mövzusunda 5-ci regional konfransı keçirilib.

Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədri, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, AMEA-nın müxbir üzvü, professor Elmar Qasımov çıxış edərək bildirib ki, konfransın keçirilməsində məqsəd oftalmologiya sahəsində baş verən yenilikləri, nailiyyətləri araşdırmaq, təkliflər vermək, oftalmologiya sahəsindəki ən son yeniliklərdə region həkimlərinin iştirakını təmin etmək və onların bu yeniliklərdən istifadə etməsinə dəstək olmaqdır.

Elmar Qasımov Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Gəncə filialının tibbin son nailiyyətlərini özündə əks etdirən avadanlıqlarla təchiz olunduğunu, eləcə də buradakı təcrübəli və xaricdə ixtisas keçmiş həkim-oftalmoloqların bütün göz xəstəliklərinin müayinə, müalicə və əməliyyatlarını tətbiq etdiklərini diqqətə çatdırıb. Həmçinin Mərkəzin Gəncə filialının şəhər və ətraf rayonların sakinlərinə oftalmoloji xidmət göstərməsi üçün böyük potensialının olduğunu və bu sahədə daha çox işlərin görülməsinin zəruriliyini qeyd edib.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev son illər Azərbaycanda, xüsusən Gəncə şəhərində səhiyyənin inkişafı istiqamətində görülən işlərdən danışıb.

Konfransda “Əhaliyə göstərilən oftalmolojı yardımın hesabatı, perspektivlərı”, “Azərbaycan Respublikasının Gəncə – Qazax iqtisadi rayonunda fəaliyyət göstərən oftalmolojı yardım şəbəkəsi”, “Azərbaycanda “Neft daşları” yataqlarında çalışan işçilərin görmə orqanının patologiyasının xüsusiyyətləri”, “Milli Oftalmologiya Mərkəzinin Gəncə filialında görmə üzvünün cərrahiyyəsində son innovasion vitreoretinal texnologiyaların tətbiqinin əhəmiyyəti, nəticələri” və s. mövzular ətrafında məsələlər müzakirə edilib. 

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında