Aritmiya ilə bağlı bildiyimiz yanlışlar

Müasir dövrdə hər yaşda təngnəfəslik müşahidə olunur. Bəzən əhəmiyyət vermədiyimiz bu əlamət ürəkdə ciddi xəstəliyin fəsadı ola bilər. ATU-nun Tədris Cərrahiyyə Klinikasının kardioloq aritmoloqu İsmayıl Göyüşöv – belə deyir. Həkimin sözlərinə görə, təngnəfəslik ürəkdə dəlik (istər genetik, istərsə də sonradan yaranmış), ürək çatışmazlığı, həm də aritmiyalarla əlaqədar ola bilər.

ATU-nun məzunu olan  İ.Göyüşov  Ankara Universitetinin kardiologiya şöbəsində uzmanlıq keçib. 2014--2017-ci illərdə Türkiyədə özəl xəstəxanada, daha sonra Almaniyada işləyən həkim orada daha çox aritmiyası olan xəstələrin müalicəsi ilə məşğul olub. Onun sözlərinə görə, son vaxtlar ürək döyüntüsü yüksək olan, ürəkkeçməsi, ürək çatışmazlığı olan xəstələr müraciət edənlər arasında üstünlük təşkil edir.

İ. Göyüşov deyir: “Bizim şöbəyə daha çox  ürək döyüntüsündən şikayətlə bağlı müraciət edirlər. Belə xəstələri ilk olaraq EKQ və xolter müayinəsindən keçiririk. 24 saatlıq xolter müayinəsində hər hansı bir ritm pozğunluğu müşahidə olunarsa, onda elektro fizioloji çalıma prosesinə bənzər  metoda əl atırıq. Bu zaman qasıqdan orqanizmə daxil olub müəyyən ocaqları aktivləşdirmək, müalicə etmək, yandırmaq və ya soyutmaq tətbiq olunur. Müasir tibbdə bu, ən öndəgedən metodlardan hesab olunur. Biz də klinikamızda bu metodun tətbiqinə yenicə başlamışıq. Qeyd edim ki, Azərbaycanda cəmi bir neçə tibbi  mərkəzdə bu əməliyyatlar tətbiq olunur. Bu məqsədlə şöbəmizə müasir cihazlar alınıb. Eyni zamanda ürək çatışmazlığı olan xəstələrdə defüblatorun qoyulması, ürək pillərinin qoyulması ilə də məşğuluq".

"Ürək döyüntüsü çox olan xəstələr, psixoloqa müraciət edirlər, bir müddət psixoloji müalicələr alırlar. Lakin çox vaxt bunun təsiri olmur, çünki araşdırdıqda həmin şəxslərdə ritm pozğunluğu müşahidə olunur. Qısa müddətli əməliyyatla ömürlük bu problemdən qurtulurlar. Qulaqcıq aritmiyası xəstələrdə,  əksər hallarda ürək getmə halları nəticəsində aşkarlanır. Qulaqcıq aritmiyalarına əhali arasında daha çox rast gəlinir. Onun müalicəsi də effektivdir.

İ. Göyüşöv qeyd edir ki, mədəcik aritmiyaları zamanı  mədəcikdə müəyyən ocaqlar aktivləşir. Bu ocaqlar normaldan fərqli atışlara səbəb olur. Belə ocaqların sayı çox olduqca ürəkdə bir neçə il sonra ürək çaışmazlığı yaranır. Onun qarşısını almaq vacibdir.

Aritmoloq məsləhət görür ki, xəstələr təngnəfəslik, ürəkdöyünmə, ürəkgetmə hallarında mütləq həkimə müraciət etsinlər. Çünki hər yaşda təngnəfəslik ürəkdə ciddi xəstəliyin fəsadından xəbər verə bilər. Bu ürəkdə dəlik,ürək çatışmazlığı, həmçinin aritmiyanın səbəbi ola bilər: “ Yəni aritmiyalar sadə bir stresslə, bir idman hərəkəti nəticəsində insanda nəfəs darlığı yarana bilər. Onda həkim müayinəsindən keçmək lazımdır. İnfarktla aritmiyanın əlaqəsinə gəlincə infarkt aritmiyaya səbəb olur. İnfarkt sahəsində ölü toxumalar yaranır. Ölü toxumalarla normal toxumalar arsında potensiallar fərqi müxtəlif ciddi aritmiyalara gətirib çıxarır”.

Kardioloq- aritmoloq İsmayıl Göyüşöv hər kəsi ürək problemlərindən xəbər verən əlamətlərə diqqətlə yanaşmağa çağırır.

 

Z. BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında