Türk dietoloq Əndər Sarac: Oruc tutmaq xərçəngi yox edir

Türkiyənin tanınmış həkim dietoloqu Ender Saraç Ramazan ayına dair xüsusi tövsiyələr verib. Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, mütəxəssis orucun xərçəng hüceyrələrini təmizlədiyini bildirib.

 Oruc tutmaq xərçəng xəstəliyi olan hüceyrələri təmizləyir:--"Bədən təxminən 16 saat ac qalanda, vücud xərçəng hüceyrələrini təmizləyir,  bağırsaqlardakı ağ qan xərçəng hüceyrələrini yeyir və öldürür. Eyni zamanda, zədəli və xəstə hüceyrələri də təmizləyir, həm də onları parçalayır. Hazırda xərçəng müalicəsində elmi baxımdan oruc tətbiq olunur. Alimlər sübut edib ki, hər hansı şəxs şüurlu şəkildə oruc saxladığı zaman bədən xərçəng və ziyanlı hüceyrələri aradan qaldırır".

Xurma orqanizmin əsas ehtiyaclarını qarşılayır:--“Orucunuzu bir iri və 3 kiçik xurmayla açın. Çünki xurmanın içində çox qiymətli təbii şəkər və minerallar var. Ac orqanizmin ən təcili ehtiyacı olan əsas qida dəyərlərini xurma ödəyir. Xurma bitkilər aləmində heyvanlar aləminə ən yaxın qida adlandırılır. Bu səbəbdən çox qidalandırıcıdır. Tərkibindəki maqnezium bağırsaqları işlədir, əzələlərə yaxşı təsir edir, kalsium isə sümükləri gücləndirir".

Tox qarına şirniyyat yemək intihara bərabərdir:--“Bir gün zülal, bir gün də karbohidratla zəngin olan məhsullar yeyin. Ağ çörəyi mümkünsə, yeməyin, uşaqlarınıza da yedirtməyin. Ağ çörək orqanizmə mənfi təsir edir. Mikrobsuz iltihab yaradır, diqqət edin. İftar süfrəsində kalorili yeməklərdən sonra şirniyyat yemək böyük səhvdir. Tox qarına şirniyyat yemək yavaş intihardır. Çünki yeməkdən sonra qanda şəkərin miqdarı yüksəlir, onu aşağı salmağa çalışan mədəaltı vəzi çox miqdarda insulin ifraz edir. Şirniyyatdan sonra bu proses bir neçə dəfə artır. Nəticə etibarilə nə qədər çox insulin ifraz olunarsa, o qədər sürətlə qocalır və hormonları pozursunuz. Qarında və beldə yağlanma əmələ gəlir. Xərçəng və bir çox xəstəliyin əsas əlamətlərindən biri də qarın və beldə yağlanmanın olmasıdır. Odur ki, şirniyyatı iftardan 2 saat sonra yeyin".

 

Z. BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında