ATU həkimləri daha bir ailənin övlad sahibi olmasına kömək ediblər

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının həkimlərinin köməyilə 43 yaşlı qadın ilk dəfə ana olmaq sevincinə qovuşub. 5 illik evlilik zamanı 3 uğursuz hamiləliklə üzləşən qadın ATU-nun I mamalıq-ginekologiya kafedrasının dosenti, tibb elmləri namizədi Natəvan Axundovaya müraciət edib.

Həkimin sözlərinə görə, I hamiləlik 2013-cü ildə 24 həftəlikdə dölün bətndaxili inkişaf ləngiməsi və olümünə görə süni doğuşla, II hamiləlik 2013-cü ildə 12 həftəlikdə, III hamiləlik isə 2014-cü ildə 14 həftəlikdə dölün bətndaxili inkişafdan qalması və düşüklə nəticələnib.

Xanımın dördüncü hamiləliyi ATU həkimlərinin nəzarəti altında keçirilib. N.Axundovanın sözlərinə görə, qadının (43) və həyat yoldaşının (52 yaş) yaşının çox olması  ilə əlaqədar döldə yarana biləcək xromosom anomaliyalarını və anadangəlmə inkişaf qüsurlarını nəzərə alaraq, ikili və dördlü tarama testləri aparılıb. Hər iki testin cavabı qeyri-qənaətbəxş olduğundan, uyğun müalicə tətbiq edilib və hamiləlik yenidən davam etdirilib.

ATU-nun mətbuat xidmətindən bildiriblər ki, bütün çətinliklərə baxmayaraq hamiləlik uğurla nəticələnib. Hamiləliyin 36-cı həftəliyində qeysəriyyə kəsiyi əməliyyatı aparılıb. Nəticədə çəkisi 2500 qram, boyu 48 sm olan uşaq dünyaya gəlib. Həkim bildirir ki, ana və yenidoğulmuş körpə normal vəziyyətdə evə yazılıblar.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında