Səhiyyə müəssisələri yanğın təhlükəsizliyi haqqında maarifləndirilir

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasında Yasamal rayonu ərazisində yerləşən 16 tibb müəssisəsinin nümayəndələri üçün fövqəladə hallarda davranışla bağlı maarifləndiriçi tədbir keçirib. Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi ilə birgə təşkil olunan tədbirdə Dövlət Yanğın Nəzarəti Xidmətinin Yanğına qarşı təbliğat şöbəsinin böyük təlimatçısı Nizami Fərəcov iştirakçılara müxtəlif fövqəladə hallarda davranış və yanğın təhlükəsizliyi qaydaları haqqında məlumat verib.

Tədbirdə çıxış edən Səhiyyə Nazirliyi Səhiyyə obyektləri şəbəkəsinin inkişafının planlaşdırma şöbəsinin müdiri Əli Abbasov bildirib ki, son illər Nazirliyin müəssisələrində aparılan islahatlar nəticəsində əksər səhiyyə müəssisələrinin maddi texniki vəziyyəti yaxşılaşıb, işçilər üçün təhlükəsiz və sağlam əmək şəraiti yaradılıb. Təmir edilən, yenidən qurulan bütün səhiyyə müəssisələri və obyektlərində avtomatik yanğın xəbərverici siqnalizasiya sisteminin quraşdırılması, yanğın su hovuzlarının tikintisi, sığınacaqların təmiri həyata keçirilib. Cari ilin yanvar ayında 1000 ədəd yanğınsöndürən balon yenidən doldurulub, müəssisələr 510 ədəd yeni balonlarla təmin edilib.

Qeyd edilib ki, səhiyyə müəssisələrində yanğın təhlükəsizliyinin təmin edilməsi sahəsində müvafiq işlər davam edir.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında