Orqanizmdə maqneziumun çatışmazlığını necə bərpa etmək olar?

Ailə münaqişələri, məişət problemləri səbəbindən biz, çox vaxt yorğunluq, həyəcan, əsəbilik, yuxu pozğunluğu, ürək döyüntülərinin tezləşməsi kimi əlamətlərə diqqət yetirmirik.

Stress simptomlarının maqnezium çatışmazlığının yayılmış simptomlarına bənzər olmağının səbəbi nədir? Maqneziumun əsas funksiyalarından biri sinir sisteminin müdafiəsidir. Bu səbəbdən maqnezium çatışmazlığı zamanı orqanizmin stressə qarşı dayanıqlığı azalır.

Maqnezium bir sıra maddələr mübadiləsi reaksiyalarında iştirak edir. Həmçinin, maqnezium sinir impulslarının ötürülməsini tənzimləyir və əzələlərin yığılmasında iştirak edir. Baldır, boyun, çiyin və ya bel əzələlərinin tez-tez baş verən qıcolmaları, əzələ ağrıları – maqnezium çatışmazlığının yayılmış əlamətlərinədn biridir.

Böyüklərin maqneziuma olan gündəlik tələbatı 250--400 mq təşkil edir.

Sağlam qidalanma orqanizmdə maqneziumun normal səviyyəsinin saxlanılmasını təmin edir. Qoz, badam, buğda kəpəyi və lobya maqnezium ilə ən zəngin qida məhsulları hesab edilir. Lakin çatışmazlığı aradan qaldırmaq üçün həkimin məsləhəti ilə maqnezium tərkibli preparat qəbul edilməlidir.

Maqneziumun orqanik duzundan və B6 vitaminindən (piridoksin) ibarət olan tarazlaşdırılmış preparat orqanizmdə maqnezium çatışmazlığını effektiv olaraq tənzimləyir.

 

Z. BƏŞİRQIZI,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında